Dövlət maraqlarının qorunmasında vətəndaşların rolu
30.08.2023 [13:20]
Günel ABBAS
"Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qalibiyyəti olaraq bölgədə sülhün və əmin-amanlığın qalıcı təminatçısı kimi rolunu beynəlxalq qurumlar qarşısında daha da gücləndirdi. Həmçinin, Avropa İttifaqı ilə də münasibətlərin yeni mərhələdə davam etdirilməsi əhəmiyyətini artırdı. Bununla yanaşı, ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə, o cümlədən postmüharibə ərəfəsində də daha qabarıq surətdə nəzərə çarpdı. Həmin ərəfədə siyasi qüvvələrin birliyi daha da möhkəmləndi və milli həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Təbii ki, ictimai və dövlət maraqlarının qorunmasında əhəmiyyətli amillərdən biri də siyasi sistemin iştirakçıları arasında sağlam münasibətlərin, əlaqələrin və siyasi birliyin mövcud olmasıdır. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin hələ 44 günlük Vətən müharibəsindən əvvəl islahatlar proqramını təqdim etməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin ardıcıl xarakter daşıması üçün dayanıqlı zəmin yaradıb. Bu da xalqımız arasında milli həmrəyliyə böyük töhfə verib. Nəticə etibarilə, görülən bütün bu işlər milli həmrəyliyin möhkəmlənməsini təmin edir. Qeyd edim ki, ictimai və dövlət maraqlarının qorunması dövlətimizin milli gücünün artmasını təmin edən strateji amildir. Hesab edirəm ki, hər bir vətəndaşımız ictimai və dövlət maraqlarının qorunmasında daha aktiv olmalı, dövlətin maraqlarının ən güclü müdafiəçilərinə çevrilməlidirlər”.
Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ictimai və dövlət maraqlarının qorunmasında vətəndaşların rolu kifayət qədər böyük olmalıdır, bu, çox vacib məqamdır: “Bəzən cəmiyyətdə yanlış olaraq elə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir. Hesab edirəm, bu, kökündən yanlış yanaşmadır. Bu baxımdan vətəndaşların da üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşların ictimai və dövlət maraqlarının qorunmasındakı rolunu o qədər də yüksək qiymətləndirmirəm. Hesab edirəm, onlar ictimai və dövlət maraqlarının qorunmasında daha aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Bu, çox vacib nüansdır. Dövlət Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması istiqamətində addımlar atır, müəyyən tədbirlər, işlər görülür. Ümumilikdə, dövlətin gördüyü işləri yüksək qiymətləndirirəm. Vətəndaşlar da bu prosesdə fəal iştirak etməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həm də bizim təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyır”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

