Tarixi bağlılıq
01.09.2023 [13:05]
Mübariz ABDULLAYEV
Bu gün dost Özbəkistanın müstəqillik günüdür. 31 avqust 1991-ci ildə Daşkənddə Özbəkistan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Özbəkistan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi haqqında” qərar və “Dövlət müstəqilliyinin əsasları haqqında” qanun qəbul edildi. Qərarda Özbəkistan SSR-in adı dəyişdirilərək Özbəkistan Respublikası adlandırıldı. Ölkədə hər il sentyabrın 1-i müstəqilliyin bərpa olunması şərəfinə bayram kimi qeyd olunur.
Azərbaycanla Özbəkistan arasında yüksək səviyyədə olan münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.
Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. Liderlər arasındakı səmimi münasibətlərdən də göründüyü kimi, iki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir.
Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub. Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktor müavini Muxsinjon Xolmuxamedovun verdiyi məlumata əsasən Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir.
Cari ildə iki ölkə arasında birgə investisiya fondunun yaradılmasını özündə ehtiva edən saziş təsdiqlənib. Fondun ilkin nizamnamə kapitalı 500 milyon ABŞ dollarına bərabərdir. Fondun vəsaitləri prioritet layihələrin icrasına yönəldiləcək. Ekspertlər nəzərdə tutulan prioritet layihələr sırasında neft-qaz, “yaşıl enerji”, avtomobil və toxuculuq sənayesi, eləcə də kənd təsərrüfatı sektorunda reallaşdırılması nəzərdə tutulan layihələri önə çəkirlər. Fond iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi prosesində ciddi rol oynaya bilər. İlkin hesablamalara görə, fondun maliyyələşdirmə ehtimalı böyük olan layihələrin ümumi dəyəri 800 milyon dollardan çoxdur.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

