ANAMA-ya minatəmizləmə texnikası təqdim edilib
04.09.2023 [16:13]
Sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna (QDF) “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə texnikası ianə edilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Fond tərəfindən həmin texnikanın Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Mərasimdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, media nümayəndələri iştirak ediblər.
Rəhman Hacıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı Qələbənin regionda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlanmasına şərait yaratdığını qeyd edib. Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışan İdarə Heyətinin sədri QDF-in donor və tərəfdaşları ilə əlaqələrinin gündən-günə inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı, texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb.
O, “Revival P” minatəmizləmə texnikasının Laçın Şəhəri Günündə Qarabağ Dirçəliş Fonduna ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb. Rəhman Hacıyev əminliklə bildirib ki, QDF-ə ianə edilən minatəmizləmə texnikası işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə texnikasına həsr olunan videoçarxlar nümayiş etdirilib.
Daha sonra “Revival P” minatəmizləmə texnikasının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib.
Ardınca tədbir iştirakçıları “Revival P” minatəmizləmə texnikası ilə tanış olublar.
Xatırladaq ki, əvvəllər də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.
Qarabağ Dirçəliş Fondu hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

