Oktyabrın 1-dən sonra...
06.09.2023 [11:40]
TBMM İsveçin NATO-ya üzvlüyü məsələsinə baxa bilər
NARDAR
Bu ilin iyul ayında NATO-nun Vilnüs sammitində əsas müzakirə mövzularından biri İsveçin alyansa üzvlüyü məsələsi idi. Məlumdur ki, bu ölkənin üzvlüyü üçün Türkiyə müəyyən şərtlər irəli sürüb. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməlidir. Eləcə də PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır.
Ötən müddət ərzində bir sıra addımlar addımlar atılıb. Hətta NATO-nun baş katibi sammit ərəfəsində İsveçin bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etmişdi. Amma Türkiyə bununla razı deyildi. Üstəlik, İsveçdə İslamın müqəddəs kitabı olan “Quran”ın dəfələrlə yandırılması, Türkiyənin dövlət rəmzlərinin təhqir olunması vəziyyəti gərginləşdirməyə xidmət edirdi. Bununla belə, İsveç milli qanunvericiliyə terrorla mübarizə ilə bağlı dəyişiklər etdi və digər addımlar atdı. Bu da Türkiyənin məsələyə yaşıl işıq yandırması inamını artırdı.
NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Vilnüs sammitində alyansa üzv ola bilməyəcəyini bildirmişdi. O, bunu Türkiyə tərəfinin ratifikasiya prosesini başa çatdıra bilməyəcəyi ilə əlaqələndirmişdi. Sammit ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında da telefon danışıqları baş tutub. Danışıqlarda İsveçin alyansa üzvlüyü də diqqət mərkəzində olub. Bundan əlavə, sammit zamanı NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristerssonla görüşərək İsveçin alyansa daxil olması imkanlarını müzakirə etdi.
Bugünlərdə isə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş yerli “A Haber” telekanalına müsahibəsində deyib ki, İsveçin NATO-ya daxil olmaq ərizəsinin TBMM-də müzakirə və təsdiqi Ankaranı narahat edən məsələlərin həlli üçün Stokholmun atdığı konkret addımlardan asılıdır. “İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Amma hazırda bunun kifayət olub-olmadığına qərar vermək bizim Xarici İşlər Nazirliyimiz və hökumətimizdən asılıdır. Əgər hər şey eyni axarda inkişaf etməyə davam edərsə və İsveç bizim narahatlığımızı nəzərə alarsa, Türkiyə hökuməti məsələni parlamentdə nəzərə ala bilər”, - deyə N.Kurtulmuş söyləyib.
Türkiyə parlamentinin sədri qeyd edib ki, iki ölkə parlamentarilərinin danışıqlarının aparıldığı binanın 150 metrliyində terror təşkilatı üzvlərinin aksiya keçirməsi Ankara üçün qəbuledilməzdir: “Biz bilirik ki, İsveçdə vətəndaşlarımızdan pul qoparan terror təşkilatları ilə əlaqəli qruplar var. Bu, bizim üçün çox həssas məsələdir. Xaricdəki bu cür silahlı qrupların hakimiyyət orqanları tərəfindən heç bir halda müdafiə oluna bilməmələrini tələb edirik”.
Doğrudur, NATO-nun Vilnüs sammitində İsveçin alyansa daxil olması üçün Türkiyə tərəfindən yaşıl işıq yandırılmışdı. Amma əsas məsələ İsveçin öz öhdəliklərini tam yerinə yetirməsidir. Digər tərəfdən, Türkiyə parlamenti hələ yay tətilindədir. Buna görə də İsveç ən azı oktyabrın 1-dək, türk parlamentarilərin işə qayıtdıqları vaxtadək gözləmək məcburiyyətindədir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

