Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qənimət Zahidin “fransızlığı”...

Qənimət Zahidin “fransızlığı”...

08.09.2023 [11:05]

AXCP üzvü “ermənipərəst xorun solisti” kimi...

Ermənipərəst mərkəzlərin anti-Azərbaycan siyasəti iflasa uğradıqca ortaya maraqlı mənzərələr çıxır. Erməni təbliğatının “sınıq təkəri” olmaq üçün əldən-ayaqdan gedən psevdomüxalifətçilər ard-arda özlərini “yandırırlar”, ifşa edirlər. Azərbaycanın bütün müstəvilərdə uğurlu qələbələrə imza atması, beynəlxalq aləmdə böyük nüfuz qazanması, hətta ermənipərəst maraqlara xidmət edən bir sıra böyük dövlətlərə qarşı mübarizədən qalib ayrılması ermənilərlə yanaşı, müxalifətin bəzi nümayəndələrini də qəm-qüssəyə qərq edir.

AXCP sədri Əli Kərimlinin Fransaya “yerləşdirdiyi” “pul kisəsi” Qənimət Zahid də zaman-zaman özünün “Fransa aludəçiliyini” biruzə verir. Görünür Fransanın rəhbərlik etdiyi “xorun” Laçın postu ilə bağlı fiaskosu Qənimətə də “pis təsir” edib. Bunun nəticəsidir ki, Ə.Kərimlinin fransız yedəyi Qənimət Zahid Azərbaycanı ittiham etməyə cürət edib.

Ermənidən betər “fransız”...

Fransadakı “Kərimli casusu” bildirib ki, Azərbaycan-Fransa münasibətlərindəki gərginlik Azərbaycandan qaynaqlanır. Maraqlıdır ki, o, Azərbaycan dövlətini ittiham edir, Fransanın Ermənistanın işğalçı siyasətinə, separatçılara dəstək verməsinə toxunmur. Bu artıq qərəz deyil - bu, Qənimət Zahidin Fransanın yaratdığı “ermənipərəst xorun solisti” kimi çıxış etməsidir. Adını azərbaycanlı qoyan bir şəxsin belə bir iddia səsləndirməsi qəbuledilməzdir. Hər kəsə bəllidir ki, hələ müharibə dövründə Fransa bütün gücü ilə Ermənistanı dəstəkləyirdi. Müharibədən sonrakı dövrdə isə rəsmi Paris beynəlxalq hüquqa qarşı gedərək qondarma separatçı rejimi tanımaqla bağlı layihələr belə hazırlayıb. Belə olan təqdirdə, Qənimət Zahid hansı üzlə və haqla Fransanı “haqlı” çıxarmağa çalışır?

Ötən ilin sentyabrında bu ölkənin başçısı Makron Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirdi - həmin vaxt niyə Qənimət Zahidin səsi çıxmırdı? Niyə Fransada yaşayan “azərbaycanlı” kimi Makrona etiraz etmirdi? Çünki... Səbəblər aydındır, Qənimət Zahidin “qida mənbəyi” məhz ermənipərəst fransızların “cibindən” keçir. Bu səbəbdən də Q.Zahid bu gün ermənidən betər “fransız qiyafəsi”ni geyinərək özünü ortaya atıb.

Erməni təbliğatının parçası

Azərbaycanın dünyadakı imicinə qarşı cəbhə açmış, erməniləri nəyin bahasına olursa olsun müdafiə edən rəsmi Paris beynəlxalq aləmdə neokolist, irqi ayrı-seçkiliyin mənbəyi, insan hüquqlarını aşkar şəkildə pozan bir ölkə kimi tanınır. Ermənilərin havadarı kimi çıxış edən Fransa əslində bu məsələdə itirən tərəfdir - onlar bir ovuc erməniyə görə dünyada mənfi imiclə qarşılanırlar. Hətta bəzi siyasi kluarlarda Fransanı erməni girovluğunda olan ölkə kimi qəbul edirlər. Demək ki, Fransanın ermənipərəst mərkəzlərindən qidalanan Qənimət Zahid də erməni təbliğatının bir parçasına çevrilib. Onun gülünc, əsassız, yalan və madiyyatdan qaynaqlanan bu kimi açıqlamaları onu göstərir ki, bu şəxsin təmsil olunduğu “siyasi qurum” bütövlükdə, xəyanət yuvasına çevrilib. Yəni Ə.Kərimlinin ən “aparıcı kadrı” erməni təbilğatçısıdırsa, demək AXCP sədrinin özü də...

MƏNSUR

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30