Bütün qapıların əsas açarı
08.09.2023 [12:30]
8 sentyabr - Beynəlxalq Savadlılıq Günüdür
Günel ABBAS
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. Beynəlxalq Savadlılıq Günü Birləşmiş Millətlər Təşkilatı (BMT) sistemində qeyd olunan beynəlxalq tarixlərdən biridir. O, 1965-ci ilin sentyabrında Tehranda keçirilmiş “Təhsil nazirlərinin savadsızlığın ləğvi üzrə ümumdünya konfransı”nın UNESCO-ya tövsiyəsi əsasında 1966-cı ildə təsis edilib. Əsas məqsədi savadlılığın insanların və cəmiyyətin həyatında əhəmiyyətini xatırlatmaq və onun yayılması sahəsində səylərin gücləndirilməsinin vacibliyini çatdırmaqdır. 8 sentyabr isə bu konfransın təntənəli açılış günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə, cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
Beynəlxalq Savadlılıq Günü çərçivəsində savadsız gənclər və böyüklər üçün lazım olan savad və rəqəmsal bacarıqların qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirməklə, savadlılıq bacarıqlarının insana yönələn bərpa üçün möhkəm bir zəmin yaratmağa necə kömək edə biləcəyi araşdırılır. Həmçinin heç kimin kənarda qalmaması üçün texnologiyanın köməyilə savad təliminin inklüzivliyi və əhəmiyyətliliyi məsələlərinə də baxılır.
Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.
Ölkəmizin təhsil sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə Azərbaycanın bu sahədə də dünyanın lider ölkələri sırasında olduğunu göstərir.
Beynəlxalq ictimaiyyətin savadlılığın yayılması üzrə səylərini fəallaşdırmaq UNESCO-nun fəaliyyətinin əsas sahələrindən biridir və bu gün ayrı-ayrı fərdlərin, icmaların və birliklərin hüquq və imkanlarının genişlənməsi aləti ola bilər.
Savadlılıq insanın ana dilinin qrammatik normalarına uyğun olaraq oxuma və yazı vərdişlərinə müəyyən malik olma dərəcəsidir. Əhalinin sosial-mədəni inkişafının əsas göstəricilərindən biridir. Savadlılıq bəşəriyyət üçün əsl bayramdır. Lakin hamı üçün-uşaqlar, gənclər və yaşlılar üçün savadlılıq hələ də axıra kimi nail olunmamış bir hədəfdir.
Bir çox ölkələrin nəzərəçarpacaq uğurlarına baxmayaraq, UNESCO-nun məlumatlarına görə, dünyada 759 milyon yaşlı (onlardan 102 milyonu 15-24 yaşlı gənclərdir) hələ də savadlılığın əsas vərdişlərindən məhrumdur. Uşaq və yeniyetmələrin hər on nəfərindən altısı (617 milyon) oxuma və saymaq vərdişlərinin minimal səviyyələrinə çata bilmir. Təxminən 267 milyon uşaq məktəbə getmir.
Özünə xüsusi diqqət tələb edən obyektlər, ilk növbədə, məktəbdən kənarda qalan qadınlar və qızlar arasında savadlılığın yayılması proqramlarının genişləndirilməsinə ciddi ehtiyac var. Kişilərin və oğlanların keyfiyyətli təhsil almaq imkanlarından məhrum olduqları yerlərə də xüsusi diqqət ayrılmalıdır. Ona görə də bügünkü tarix mövcud problemlərin yeni həll yollarını təklif etməklə, gələcəkdə savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün meydandır.
Beynəlxalq Savadlılıq Gününü bütün dünya qeyd edir. Onun bayram edilməsində hökumətlər, çoxtərəfli, ikitərəfli və qeyri-hökumət təşkilatları, özəl sektor, icmalar, həmçinin müəllimlər, tələbələr və bu sahənin ekspertləri iştirak edirlər.
Bu gün Davamlı İnkişaf Gündəliyinin təhsil sahəsində 2030-cu ilə qədər məqsədlərinin mühüm hissəsi olan savadlılığın yayılmasının həyata keçirilməsini dəstəkləyəcək misilsiz ideyaları olan insanlara savadlılığın yayılmasına görə Beynəlxalq mükafatlar verilir.
Savadlılıq Günü hər il müəyyən mövzuya həsr edilir. Müxtəlif illərdə o, “Savadlılığın qadınlar üçün əhəmiyyəti”, “Savadlılıq şəxsi imkanları genişləndirir”, “Savadlılıq və sağlamlıq”, “Savadlılıq davamlı inkişafı təmin edir”, “Keçmişi oxumaqla, gələcəyi yazırıq”, “Rəqəmsal dünyada savadlılıq”, “Savadlılıq və vərdişlərin inkişafı”, “Savadlılıq və çoxdillilik” və s. şüarlar altında keçirilib.
Beynəlxalq Savadlılıq Günü mövcud həqiqəti bir daha bütün insanlara xatırladır: “Savadlılıq cəmiyyətin qarşısında bütün qapıları aça bilən açardır, dünyada heç bir ölkə savad olmadan inkişaf edə bilməz”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

