Bakının mövqeyi beynəlxalq birliyə çatdırılır
21.09.2023 [10:50]
Ceyhun Bayramov Nyu-Yorkda ikitərəfli görüşlər keçirib
Nardar BAYRAMLI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Ceyhun Bayramovun Şimali Makedoniya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşündə tərəflər Azərbaycan-Şimali Makedoniya arasında əlaqələr, Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi, habelə bölgədəki son vəziyyət müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb. Ölkəmizin beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh prosesində maraqlı olmadığı diqqətə çatdırılıb.
ATƏT sədrinə erməni təxribatları barədə məlumat verilib
Azərbaycan hərbçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğu vurğulanıb. Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı bildirilib.
Bölgədə guya “blokada” və “bölgədə gərgin humanitar böhran” kimi iddialara gəldikdə isə nazir bu iddiaların heç bir əsasının olmadığını, Ermənistanın qəsdən vəziyyəti “humanitar” xarakterli məsələ kimi təqdim etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi saxlanıldığını vurğulayıb. Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin təşkilinin ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığını nümayiş etdirdiyini qeyd edib.
Ceyhun Bayramov Ermənistan baş nazirinin 2 sentyabr tarixində qondarma rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb.
Beynəlxalq birlik erməni yalanlarına inanmamalıdır
Azərbaycanın XİN rəhbəri həmçinin ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb. Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub. Bölgədə mövcud vəziyyət barədə məlumat verən Ceyhun Bayramov Azərbaycan tərəfinin təşəbbüsü ilə başlayan və irəlilədilməsində böyük səy göstərilən sülh gündəliyinin Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar nəticəsində bu gün ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb.
Nazir Ermənistanın üçtərəfli Bəyanata zidd olaraq, son 3 il ərzində hərbi-siyasi təxribatlarını daha da artırmasının, Ermənistan baş nazirinin qo?darma rejimi təbrik etməsinin, 19 sentyabr tarixində mülki şəxslərimizin və hərbçilərimizin həlak olması ilə nəticələnən terror hücumlarının bölgədə gərginliyi daha da artırdığını vurğulayıb. Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərin qeyri-qanuni qüvvələrə qarşı yönləndiyi, mülki şəxslərin hədəf alınmadığı diqqətə çatdırılıb.
Ermənistan rəhbərliyinin ərazi bütövlüyümüz və suverenliyimizin tanınması ilə bağlı bundan öncə verilmiş bəyanatların mahiyyətini heçə endirən davranışları və bəyanatları, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək məqsədilə irəli sürülən, bölgədə guya “humanitar böhran” və “blokada”nın mövcudluğu haqqında yalan iddialara əsaslanan qarayaxma kampaniyasının sülh prosesinə zərbə vurduğu qeyd edilib.
Bu baxımdan, beynəlxalq ictimaiyyətin bu kimi yalan iddialara deyil, bölgədə sülh və təhlükəsizliyə əsas hədə olan qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasına, Ermənistan tərəfindən yaradılan qeyri-qanuni rejimin buraxılmasına vurğu etməsinin vacib olduğu diqqətə çatdırılıb.
İsveçrə sülh prosesinə töhfə vermək istəyir
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə də görüşüb. Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesinin ciddi çağırışlarla üzləşdiyini qeyd edərək regionda baş verən son proseslərlə bağlı qarşı tərəfi məlumatlandırıb. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatları və terror hücumlarına, mülki əhalinin və hərbçilərimizin həlak olmasına cavab olaraq, tərəfimizdən həyata keçirilən antiterror tədbiri diqqətə çatdırılıb. Tədbirlərin üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin və hərbçilərimizin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıdığı, heç bir halda mülki əhalinin hədəf alınmadığı bildirilib.
Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün bölgədə guya “blokada” və “humanitar böhran”ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olduğu və Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamağa çalışdığı bildirilib. Ermənistanın gözləntilərinin əksinə, BMT TŞ-nin əksər üzvlərinin humanitar yardımın çatdırılmasının siyasiləşdirilməsinə qarşı çıxdığı, bu cür yükdaşımaların həyata keçirilməsi üçün bütün marşrutların açılmasına çağırdıqları, bütün bunlara baxmayaraq Ermənistanın siyasi manipulyasiyaları davam etdirdiyi və qondarma iddialar yaydığı diqqətə çatdırılıb.
Nazir İqnasio Kassis İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına bax
Siyasət
07 Dekabr 21:25

Gündəm
07 Dekabr 21:20

Xəbər lenti
07 Dekabr 19:55

Xəbər lenti
07 Dekabr 19:33

Xəbər lenti
07 Dekabr 17:27

Xəbər lenti
07 Dekabr 17:25

Xəbər lenti
07 Dekabr 16:23

Xəbər lenti
07 Dekabr 16:20

Xəbər lenti
07 Dekabr 15:55

Xəbər lenti
07 Dekabr 15:51

Xəbər lenti
07 Dekabr 15:12

Xəbər lenti
07 Dekabr 15:09

Xəbər lenti
07 Dekabr 14:56

Mədəniyyət
07 Dekabr 14:47

YAP xəbərləri
07 Dekabr 14:39

Xəbər lenti
07 Dekabr 14:30

İdman
07 Dekabr 13:43

Dünya
07 Dekabr 13:40

Sosial
07 Dekabr 13:37

Xəbər lenti
07 Dekabr 13:34

Xəbər lenti
07 Dekabr 13:00

Xəbər lenti
07 Dekabr 12:29

Xəbər lenti
07 Dekabr 12:27

Gündəm
07 Dekabr 12:05

Xəbər lenti
07 Dekabr 11:55

Dünya
07 Dekabr 11:43

Xəbər lenti
07 Dekabr 11:30

Xəbər lenti
07 Dekabr 11:25

Xəbər lenti
07 Dekabr 11:22

Siyasət
07 Dekabr 11:20

Xəbər lenti
07 Dekabr 11:14

Xəbər lenti
07 Dekabr 11:10

Siyasət
07 Dekabr 11:00

Xəbər lenti
07 Dekabr 10:58

Siyasət
07 Dekabr 10:55

MEDİA
07 Dekabr 10:50

İqtisadiyyat
07 Dekabr 10:45

Siyasət
07 Dekabr 10:40

Xəbər lenti
07 Dekabr 10:35

Siyasət
07 Dekabr 10:30

Xəbər lenti
07 Dekabr 10:23

Xəbər lenti
07 Dekabr 10:20

Siyasət
07 Dekabr 10:10

Siyasət
07 Dekabr 10:00

Xəbər lenti
07 Dekabr 09:32

Xəbər lenti
07 Dekabr 09:16

Xəbər lenti
07 Dekabr 09:15

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:07

Gündəm
07 Dekabr 09:00

Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57
