Redikül müxalifət ənənəsinə “sadiqdir”
23.09.2023 [10:28]
Xalqa və dövlətə xəyanət yolu seçənlər
Redikül müxalifət 2020-ci ildə olduğu kimi, 2023- cü ildə də antimilli mahiyyətini ortaya qoyur, özünü ifşa edir. Belə ki, 2020-ci ildə siyasi qüvvələrin milli birlik bəyanatına imza atmayan, bunun qarşılığında isə həm də qazanılan Zəfəri hədəfə almağa çalışan qaraguruh növbəti dəfə ermənipərəst mövqeyi ilə gündəmə gəlir.
Gültəkinin “ağ bayrağı”...
Ümumiyyətlə, postmüharibə dövründə erməni maraqlarının qorunmasına yönəlik fəaliyyət həyata keçirən, hətta işğaldan azad edilmiş regionlarımızda aparılan abadlıq-quruculuq işlərini hədəfə almağa cəhd göstərən dağıdıcı ünsürlər indi bir az da irəliyə gedərək Ermənistanın silahlı qruplaşmalarının suveren ərazilərimizdə təşkil etdiyi terror təxribatlarına açıq-aşkar dəstək nümayiş etdirir, onlara “haqq” qazandırmaqdan belə çəkinmirlər. Qondarma antimilli şuranın üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki son paylaşımları da bunu deməyə əsas verir. Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq və şücaəti ilə 24 saata zərərsizləşdirən terrorçular rəsmi şəkildə təslim oldular. Azərbaycan dövlətinin irəli sürdüyü bütün şərtlərə qeyd-şərtsiz əməl edən terrorçu qruplaşma üzvləri silahlarını və texnikalarını təhvil verirlər. Redikül müxalifətin “öndə gedəni” Gültəkin Hacıbəyli isə deyir ki, “düşmən ağ bayraq qaldırmayıb”.
Şər-böhtan kampaniyasının “öncülü”...
Təsadüfi və təəccüblü deyil. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsindən bəhs edərkən “Ermənistan kapitulyasiyaya uğramayıb” deyirdi. Redikül müxalifətin apardığı şər-böhtan kampaniyasında ən “öndə gedən”lərdən olan antimilli şuraçı Gültəkin Hacıyeva və onun kimiləri, başqa sözlə ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla “görəvləndirilmiş”lər sosial şəbəkələrdə mütəmadi şəkildə qələbəmizə ləkə yaxmağa cəhd göstərirdilər. Təbii ki, onların bu uğursuz cəhdləri fiaskoya uğradı və xalq xəyanəti özünə peşə etmiş belələrinin yalanlarına inanmadı.
Bu dəfə də eyni “yolu” seçmiş Gültəkin Hacıbəylinin Fransa və digər ermənipərəstlərin diqtəsi ilə hərəkət etdiyi tam şəkildə bəlli olur. G.Hacıbəyli özünə siyasi “başbilən” seçdiyi Əli Kərimlinin “erməni maraqlarının müdafiəsi” biznesində “əhəmiyyətli” yerə malikdir. Məhz ermənipərəstlərin pulu ilə “danışan” redikül müxalifətin nümayəndəsinin belə bir “açıqlaması” bu baxımdan təəccüblü görünmür.
Erməni yalanlarının “təbliğatçıları”...
Redikül ünsürlərin bu kimi addımları onların ermənilərlə yanaşı separatizmi dəstəkləyən bəzi maraqlı dairələrlə işbirliyini də təsdiqləyir. Diqqət yetirsək, görərik ki, ermənilərin son antiterror tədbirləri ilə bağlı bağlı sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti Gültəkin Hacıbəyli, Qənimət Zahid, Əli Kərimli və digərlərinin fikirləri ilə mütləq şəkildə uzlaşır. Bu, bir daha onların milli maraqlara düşmən kəsildiyi faktını sübuta yetirir. Gültəkin kimiləri Azərbaycanın əldə etdiyi nailiyyətləri hədəfə almağa öyrəşiblər - amma redikül müxalifət unutmamalıdır ki, xalqımız millətə və dövlətə edilən xəyanətləri heç bir zaman unutmur, bağışlamır...
SADİQ
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

