Ermənistan öz millətinə qarşı bu cür aqressivdirsə..
13.10.2023 [12:02]
“Etnik təmizləmə”ni kim aparıb sualına cavab...
Ermənilər tarixən özlərini dünyaya “məzlum” xalq kimi təqdim etməyə çalışsalar da, faktlar və sübutlar bu yalanı hər zaman ifşa edib. XX əsrin sonunda müstəqillik qazanan keçmiş ittifaq respublikaları arasında bəlkə də yeganə “dövlət” Ermənistan oldu ki, burada “təkmillətli dövlət” quruldu. Başqa sözlə, sovet dövründə ittifaq respublikaları arasında tək Ermənistanda əhalinin 99 fazi etnik ermənilərdən ibarət idi. Bu, özlüyündə olduqca mühüm məqamdır və Ermənistanın milli diskriminasiya, etnik təmizləmə apardığını bariz şəkildə ortaya qoyurdu.
İndiki halda isə bu məsələ fərqli məcrada, amma eyni mahiyyətə uyğun davam etdirilir. Qarabağdan köçən ermənilər üzərindən “milli şou” yaratmağa çalışan, əsassız “etnik təmizləmə” təbliğatı qurmağa cəhd göstərən Ermənistanın bütün cəhdləri fiaskoya uğrayır - daha doğrusu, onların öz mahiyyətləri bu məsələdə əsl ifşaedici fakta çevrilir. Son dövrlərdə Qarabağdan köçən ermənilərlə bağlı Ermənistanın vətəndaş cəmiyyəti institularının yaydıqları məlumatlar, sosial şəbəkələrdə yer alan hadisələr birmənalı qarşılan bilməz - Qarabağdan gələn uşaqların məktəblərə buraxılmaması, həmin insanların yerli ermənilər tərəfindən təhqir olunması və təzyiqə məruz qoyulması kimi faktlar sosial şəbəkələrdə göz oxşayır. Hətta Ermənistanın internet televiziyalarının apardıqları sorğularda İrəvan sakini olan ermənilər Qarabağdan gələn ermənilərin paytaxta buraxılmasını yolverilməz hesab edirlər, onların ucqar əyalətlərə yerləşdirilməsinin vacibliyini söyləyirlər. Bəziləri isə açıq kontekstdə Qarabağ ermənilərini “öz ölkələrində” görmək istəmədiklərini dilə gətirirlər. Budurmu Ermənistanın “humanitar”lığı... Və ya insan hüquq və azadlıqlarının qorunmasına “məsul” beynəlxalq strukturlar Ermənistanın illərlə apardığı “etnik təmizləmə” siyasətinin ifşasından qorxaraq bu kimi faktları niyə ictimailəşdirmir?
Halbuki Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin davam etdiyi 30 il ərzində paytaxt Bakıda və regionlarımızda on minlərlə etnik ermənilər yaşayırdı. Qarabağda aparılan lokal antiterror tədbirlərindən həm əvvəl, həm də sonra bölgənin erməni sakinlərinə müraciətlər edildi, onlar reinteqrasiya proqramı ilə tanış edildilər.
Azərbaycan dövləti hər zaman özünün tolerant siyasəti ilə seçilib. Hətta II Qarabağ müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi zamanı bəlli oldu ki, Azərbaycanın bir çox dini-tarixi abidəsi ermənilər tərəfindən dağıdılıb. Bunun qarşılığında Azərbaycan ərazilərimizdəki qeyri-islam abidələrini nəinki dağıtmadı, hətta onların rekonstruksiyası işlərinə start verdi. Məsələn, Şuşada yerləşən Qazançı kilsəsi bərpa olundu. Bu, ölkəmizin xoş niyyətini, qisasçılıq arzusunda olmadığını göstərir.
Qarabağın erməni sakinləri son bir ayda Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin və bu nailiyyətlərdə tolerantlığın, multikultural həyat tərzinin böyük rolunu görmək imkanı qazandılar. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha dərk etdilər. Qarabağda yaşayan erməni sakinlər tolerant, multikultural həyat tərzinə malik olan Azərbaycanda bütün xalqların sivil münasibətlər çərçivəsində yaşadığını növbəti dəfə görmək imkanı qazandılar. Növbəti dəfə təsdiqləndi ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilib və göstərilməkdədir.
Ermənistanda isə öz millətinə xor baxanlar, onlara qarşı ayrı-seçkilik edənlər, diskriminasiya mühiti formalaşdıranlar minlərlədir. İndi qoy “erməni humanizmi” üçün əldən-ayaqdan gedən beynəlxalq təsisatlar bu suala cavab versinlər - ermənilər özləri özlərinə qarşı bu cür aqressiya nümayiş etdirirlərsə, necə “humanist” ola bilərlər?
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

