Qubanın “Cümə” məscidinə bir nəzər
17.10.2023 [13:20]
M.BAYRAMLI
Bugünkü səfərimiz Bakıdan 168 km məsafədə, Qudyalçayın sahilində yerləşən Quba şəhərinə olacaq. İlk dayanacağımız Quba meydanınadır. Parka daxil olarkən kəndin ağsaqqaları ilə Ələsgər, Paşa və Rafiq dayı ilə qarşılaşdıq. Onlarla qısa söhbət edib parkın tarixini soruşduq. Onların sözlərinə görə, park Quba yarandığı gündən fəaliyyət göstərir. Hər gün yüzlərlə qonaq qəbul edən parkın təmizliyi və baxımı üçün xüsusi önəm verilir. Ağsaqalların hər biri ilə söhbət edərkən öyrəndik ki, vaxtilə meydanda Stalinin heykəli də olub. Onlar yaxınlıqda yaşadıqları üçün hər gün buraya istirahət etmək üçün gəlirlər. Qudyalaçayın havasını udub, söhbətləşirlər. Yaxınlıqda yerləşən “Cümə” məscidinə də baş çəkməyimizi məsləhət gördülər. Ağsaqqallarla sağollaşıb üz tutduq birbaşa sözügedən məscidə. Parkın düz yaxınlığında yerləşir. Tarixi-memarlıq abidəsi şəhərin mərkəzində, bazar ərazisinin ətrafında Quba meydanında yerləşir.
Məlumat üçün bildirim ki, Quba şəhərinin zəngin, milli-memarlıq ornametlərinə malik, ən qədim məscidlərdən biri 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib. Binanın tikilişi 1792-ci ildə başlanmış və müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Nəinki Qubada, eləcə də ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri hesab olunur. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilib. 1933-cü ildə mədrəsə, minarə, sonralar isə digər tikililər dağıdılıb. Məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağıdılmaqdan xilas etsinlər.
Bir müddətdən sonra bura anbar kimi istifadə olunub. Daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən xalqın istifadəsinə verilib və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçib. Qısa müddət ərzindən məscidin ətrafına şəbəkəli hasar çəkilib və mədrəsənin tikintisi başa çatıb.
Məlumata görə, Türkiyənin Dini İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəliyi məscidə 5 min dollar dəyərində minbər bağışlayıb. Həmin qurum, qubalı dindarların xahişlərini nəzərə alaraq, burada hündürlüyü 50 metr olan minarə də inşa etdirib. Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub.
Bu gün “Cümə” məscidi ibadət yeri olması ilə yanaşı şəhərin ictimai həyatında da mühüm rola malik olan Azərbaycanın ən qədim dini mərkəzlərindən biridir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

