Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DÜNYANIN YAXŞILIĞINI DÜŞÜNƏN LİDERLƏR DÖVRÜ – İLHAM ƏLİYEV NÜMUNƏSİNDƏ

DÜNYANIN YAXŞILIĞINI DÜŞÜNƏN LİDERLƏR DÖVRÜ – İLHAM ƏLİYEV NÜMUNƏSİNDƏ

23.10.2023 [12:03]

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yevin ha­ki­miy­yə­tə gəl­di­yi il­dən bu günədək nü­ma­yiş et­dir­di­yi yük­sək sə­riş­tə və əzmin sirri ilk növ­bə­də, va­ris­lik haq­qı­nı qo­ru­ya­raq Yo­la da­vam et­mə­sin­də­dir. İl­ham Əli­yev bu haq­qı qo­ru­yan və bü­tün sa­hə­lə­rə uğur­la tət­biq edən döv­lət baş­çı­sı­dır.  Ümummilli lider Heydər Əliyevin söylədiyi gözəl bir fikir vardı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bunlar Ümummilli liderin yalnız inamından hasilə gələn fikirlər deyildi, bu inamın kökündə İlham Əliyevin dövlətçilik şüuruna, dövləti sağlam düşüncə və əzmlə idarə etmək və irəli aparmaq gücünə əminliyin diqtəsi dayanırdı. Hələ 1980-ci illərin sonlarında - ən çə­tin za­man­lar­da İl­ham Əli­yev ata­sı­nın ya­nın­da ol­muş, on­dan si­ya­si təc­rü­bə ilə ya­na­şı, ira­də, dö­züm, əzm nü­ma­yiş et­dir­mə­yi də əxz et­miş­dir. Yazıçı Hü­­seyn­­ba­­la Mi­­rə­­lə­­mo­­vun “Gör­­kəm­­li adam­­la­­rın hə­­ya­­tı” se­­ri­­ya­­sın­­dan çap olu­nan “İl­­ham Əli­­yev” ki­ta­bın­da belə bir məqam yer alır:

“Meh­ri­ban Əli­ye­va: “1987-ci il­dən son­ra bi­zim ailə­miz hə­qi­qə­tən çox bö­yük çə­tin­lik­lər­lə üz­ləş­di. İl­ham özü­nü itir­mə­di. Hər şey elə­di ki, ailə­si, uşaq­lar bu çə­tin­li­yi hiss et­mə­sin­lər. O za­man çox bö­yük prob­lem­lə­ri­miz var idi, bi­zə de­mək olar ki, heç kəs kö­mək et­mir­di. Onun sa­yə­sin­də biz çox üz­gün­lük çək­mə­dik...”

- Ağır idimi? – “Günay” qəzetinin jurnalisti bir il keçəndən sonra İlham Əliyevdən soruşur?

- Ağır idi, – İl­ham hə­qi­qə­ti giz­lət­mir, - mən nə­za­rət al­tın­da ya­şa­yır­dım”.

Zaman bu müdrik şəxsiyyətin – Heydər Əliyevin qənaətlərində yanılmadığını sübut etdi. İlham Əliyev sovet epoxasında yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutudur. Azərbaycan işğal altında olan tarixi torpaqlarını Müzəffər Ordunun və Ali Baş Komandan İlham Əliyevin əzmi ilə geri qaytardı. Bu, əlbəttə ki, güclü nizami ordunun, xalq birliyinin və Ali Baş Komandanın siyasi əzmkarlığının nəticəsində qazanılmış qələbə idi. Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz, bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı. Məsələnin ümumilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər ona görə saxlaya bildi ki, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi texnikadan öncə milli enerjinin əzəməti uddu. Bəli, bu həm də İlham Əliyevin məfkurə baxımından gördüyü işlərin məntiqi yekunu kimi təzahür edən qalibiyyət idi. Bu işlər hansılardır?

Vaxtilə Ümummilli lider Heydər Əliyev “El­mi­miz­lə, mə­də­niy­yə­ti­miz­lə, mə­nə­viy­ya­tı­mız­la çox eh­ti­yat­lı, çox diq­qət­li dav­ran­maq la­zım­dır. Bu iş­lə­ri ba­zar iq­ti­sa­diy­ya­tı­nın ix­ti­ya­rı­na ver­mək ol­maz” – deyirdi. İlham Əliyevin də məsələyə münasibəti eyni kontekstdən nəşət tapdı: “Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi bir yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər o bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq, eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir”.

Bu, artıq bö­yük sı­naq­lar­dan çıx­mış və özü­nü təs­diq et­miş Hey­dər Əli­yevin döv­lət­çi­lik tə­li­mi­nin ye­ni ta­ri­xi reallıqda və müa­sir döv­rün ye­ni­lə­şən tə­ləb­lə­ri­ işı­ğın­da uğur­la və uzaq­gö­rən­lik­lə da­vamı deməkdir.

Biz Heydər Əliyev yolunun İlham Əliyevdə davam tapmasından bəhs edərkən yalnız siyasi-diplomatik rakursu nəzərdə tutmuruq. İlham Əliyev elmə, sənətə yanaşmada da Heydər Əliyev qərarlarının qaldığı yerdən başlayır, yaxud verilən sərəncamların yenilənməsində, ədiblərin, görkəmli şəxsiyyətlərimizin dəyərləndirilməsində meyarları qoruyur. Məsələn, mə­lum ol­du­ğu ki­mi, vax­ti­lə “Də­də Qor­qud” das­tan­la­rı­nın 1300 il­li­yi­nin qeyd olun­ma­sı haq­qın­da fər­man im­za­la­mış və möh­tə­şəm yu­bi­ley təd­bir­lə­ri ke­çir­miş Hey­dər Əli­yev bu das­ta­na mü­hüm azər­bay­can­çı­lıq ha­di­sə­si ki­mi bax­mış­dır. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 2013-cü il­də Ba­kı şə­hə­rin­də Də­də Qor­qud par­kı­nın və Də­də Qor­qud hey­kə­li­nin açı­lı­şı mə­ra­si­min­də­ki çı­xı­şın­da da das­ta­na mü­na­si­bət­də Azər­bay­can­çı­lıq ön möv­qe­də da­yan­mış­dır: “Ki­ta­bi-Də­də Qor­qud” Azər­bay­can xal­qı­nın mil­li sər­və­ti­dir. Bu əsər­də Azər­bay­can xal­qı­nın keç­miş hə­yat tər­zi, məi­şə­ti, psi­xo­lo­gi­ya­sı əks olun­muş­dur”.

 Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı öz icrası ilə qədim dövr ədəbiyyatımızın müasir dünyada təbliğinə xidmət edib. Bütün türk dünyasında 2011-ci il “Nizami Gəncəvi ili” elan edilmiş, onun yubileyi TÜRKSOY-da beynəlxalq səviyyədə qeyd olunmuşdur. İlham Əliyev 2013-cü ildə də şai­rin əsər­lə­ri­nin fi­lo­lo­ji tər­cü­mə­si­nin tək­mil­ləş­di­ri­lə­rək, ye­ni­dən nəş­rə ha­zır­lan­ma­sı və müx­tə­lif dil­lə­rə tər­cü­mə edil­mə­si, ha­be­lə dün­ya­nın mö­tə­bər ki­tab­xa­na və ar­xiv­lə­rin­də şai­rin ye­ni əl­yaz­ma­la­rı­nın üzə çı­xa­rıl­ma­sı, döv­rü, ədə­bi ir­si və mək­tə­bi prob­lem­lə­ri­nin müa­sir hu­ma­ni­tar dü­şün­cə­nin tə­ləb­lə­ri kon­teks­tin­də və azər­bay­can­çı­lıq məf­ku­rə­si işı­ğın­da təd­qiq olun­ma­sı məq­sə­di­lə Ni­za­mi Gən­cə­vi­nin 870 il­lik yu­bi­le­yi­nin la­yi­qin­cə ke­çi­ril­mə­si haq­da sə­rən­cam im­za­la­mış­dır.

Digər bir böyük şairimiz – Nəsimiyə münasibətdən danışmaq olar. Nizamidən bir neçə əsr sonra yaşamış İmadəddin Nəsiminin Şamaxıda heykəlinin açılış mərasimi 2005-ci ildə baş tutmuş, Prezident İlham Əliyev bu möhtəşəm tədbirdə iştirak etmişdir. 2008-ci il­də onun təş­ki­lat­çı­lı­ğı ilə Hə­ləb şə­hə­rin­də bey­nəl­xalq konf­rans ke­çi­ril­miş, Nə­si­mi ərəb el­mi dai­rə­lə­rin­in diqqət mərkəzinə gətirilmiş, ərəb alimləri onun yük­sək hu­ma­nist fi­kir­lə­ri ilə ta­nış ol­muş­lar.

2017-ci ildə Mol­la Pə­nah Va­qi­fin 300 il­lik yu­bi­le­yi  YU­NES­KO sə­viy­yə­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, cə­nab İlham Əli­ye­vin bö­yük təş­ki­lat­çı­lı­ğı ilə qeyd edil­miş­dir.

 Məlumdur ki, 1992-ci il­də Heydər Əli­ye­vin tə­şəb­bü­sü ilə Nax­çı­van­da Hü­seyn Ca­vi­din 110 il­li­yi tən­tə­nə­li qeyd edil­miş, ev-mu­ze­yi ye­ni­dən qu­rul­muş, mə­za­rı üzə­rin­də məq­bə­rə­si ti­kil­miş və 1996-cı ilin okt­yab­rın­da açı­lı­şı ol­muş­dur. Cə­nab İlham Əli­ye­vin rəh­bər­li­yi ilə bu işlər davamını tapmaqdadır.  Dra­ma­tur­qun beş cild­li­yi Tu­ran Ca­vid tə­rə­fin­dən nəşr edil­miş, Prezidentin 2005-ci ildə imzaladığı sə­rən­ca­mla əsər­lə­ri la­tın qra­fi­ka­sın­da bu­ra­xıl­mışdır.

 “Fi­kir hə­ya­tı­mız üçün önəm­li olan üç mü­hüm sə­nə­din al­tın­da İl­ham Əli­ye­vin im­za­sı da­ya­nır. Doğ­ru­dur, o, döv­lə­ti­mi­zin yük­sə­li­şi, Azər­bay­ca­nın Av­ro­pa mə­də­niy­yə­ti­nə in­teq­ra­si­ya­sı na­mi­nə si­ya­si, iq­ti­sa­di məz­mun­lu çox qə­rar­lar im­za­la­yıb, am­ma haq­qın­da bəhs edə­cə­yim üç sə­rən­cam döv­lə­ti­mi­zin türk dü­şün­cə­si­nə və­fa­dar­lıq duy­ğu­su­nun ifa­də­si ba­xı­mın­dan çox önəm­li­dir. Hət­ta o qə­dər önəm­li­dir ki, bu üç sə­nəd ru­hun­da mil­li məf­ku­rə ha­va­sı gəz­di­rən hər kəs üçün seç­ki­lər­də onun pre­zi­dent­li­yi­ni bir­mə­na­lı şə­kil­də dəs­tək­lə­mə­yə ye­tər­li bir əsas ve­rir. Bi­rin­ci­si, Əli bəy Hü­seyn­za­də­nin tam bə­raə­ti­nə rə­vac ve­rən 21 yan­var 2014-cü il ta­rix­li sə­rən­cam. İkin­ci­si, Azər­bay­can­da 2018-ci ilin Cüm­hu­riy­yət ili elan olun­ma­sı. Və nə­ha­yət, Əli bəy Hü­seyn­za­də­nin qı­zı Fey­za­vər Alp­sa­rın Azər­bay­can döv­lə­ti­nin bö­yük mü­ka­fat­la­rın­dan bi­ri olan “Dost­luq” or­de­ni ilə təl­tif edil­mə­si” (Azər Turan).

Qələbəmizin genetik kodlarını daşıyan bu sıranı istənilən qədər artırmaq olar. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarının ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi də həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlardır.

2018-ci ilin Cüm­hu­riy­yət ili elan edil­mə­sin­dən son­ra ar­dın­ca gə­lən 2019-cu il­də Pre­zi­dent İl­ham Əli­yev növ­bə­ti sərəncamı ilə ədə­biy­ya­tı müj­də­lə­di. İma­dəd­din Nə­si­mi­nin 650 il­li­yi­nin qeyd olun­ma­sı ilə bağ­lı həm sə­rən­cam im­za­la­dı, eyni zamanda 2019-cu ili “Nə­si­mi ili” elan et­di. Ar­dın­ca növ­bə­ti ədəbiyyat notları: Məhəmməd Hadinin 140, Cə­fər Cab­bar­lı­nın 120, Cə­lil Məm­məd­qu­lu­za­də­nin 150, İs­ma­yıl Şıx­lı­nın 100, Hə­mid Aras­lı­nın 110, Məm­məd Cə­fər Cə­fə­ro­vun 110 il­lik yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si­nə da­ir sə­rən­cam­lar im­za­la­dı, ədə­bi ic­ti­ma­iy­yə­ti­mi­zi da­vam­lı yu­bi­ley se­vin­ci­nə kök­lə­di. Növbəti ildə Şuşanın 270, Xurşidbanu Natəvanın 190, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illiyi ilə bağlı imzalanan sərəncamlar və bunlarla bağlı müxtəlif humanitar təsisatlarda keçirilən tədbirlər. Bu sə­rən­cam­lar döv­lə­tin mil­li-mə­nə­vi də­yər­lə­rə sa­diq­li­yi, öz­gür­lü­yü­nü qo­ru­maq əz­mi­nin nü­ma­yi­şi, xal­qın ir­si­nə, klas­si­ka­sı­na və çağ­daş ədə­biy­ya­tı­na ali mü­na­si­bə­tin ifa­də­si­ kimi müstəsna əhəmiyyət kəsb edən amillərdir.

İl­ham Əli­ye­vin son il­lə­ri­mi­zi “Mul­ti­kul­tu­ra­lizm ili”, “İs­lam həm­rəy­li­yi ili”, “Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ili”, “İma­dəd­din Nə­si­mi ili” elan et­mə­si məhz “Hey­dər Əli­yev yo­lu­nun ye­ni ta­ri­xi for­mat­da da­va­mı­nın əya­ni sü­bu­tu­dur. Bu döv­lə­ti for­mat ona gö­rə mü­hüm və önəm­li­dir ki, bir yan­dan bü­töv bir za­man ər­zin­də cə­miy­yə­ti mil­li və ta­ri­xi də­yər­lər üzə­rin­də kök­lə­yir, sə­fər­bər edir, to­par­la­yır, xal­qın özü­nə-sə­da­qət və özü­nə-inam hiss­lə­ri­ni güc­lən­di­rir, özün­dən uzaq­laş­ma hal­la­rı­nın qar­şı­sı­nı alır. Ey­ni za­man­da, di­gər tə­rəf­dən kim­li­yi­mi­zi, var­lı­ğı­mı­zı, men­tal də­yər­lə­ri­mi­zi və müa­sir­li­yi­mi­zi bu və baş­qa yön­dən bü­tün dün­ya­ya bə­yan et­mə­yə für­sət ya­ra­dır. Azər­bay­can Pre­zi­den­ti çı­xış­la­rın­da özü­nə­xas Azər­bay­can mo­de­lin­dən söz açır və bir an­lı­ğa ya­şa­dı­ğı­mız son “mil­li il­lər”in (mul­ti­kul­tu­ral-is­la­mi-de­mok­ra­tik-klas­sik) ad­dım­la­rı­na həs­sas ol­saq, hə­min mo­de­lin fəl­sə­fə­si­nə də xa­li ola­sı­yıq” (Tehran Əlişanoğlu).

Bir mühüm məqamı da qeyd etmək yerinə düşər. 44 günlük müharibədən sonra yaşadığımız Zəfər təntənəsi günlərində Ali Baş Komandan daxil olduğumuz yeni təqvimi 2021-ci ili “Nizami ili” adlandırdı. Bununla savaş günlərində erməni xainliyinin bütün iyrəncliyini canında ağrı kimi yaşamağa vadar olmuş yaralı Gəncəmizə diqqət və həssaslığını ərz etməklə bərabər,  dünyaya Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi dürüst, ibrətli, möhtəşəm mövqe sərgilədi.

Daha bir fakt. Ölkə başçısı 2022-ci ili “Şuşa ili” elan etməklə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlatdı. Hələ 2021-ci il, mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirirdi. Bu labüdlüyə bir sıra mühüm nümunəni Prezident özü göstərdi. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya günlərinin təşkili, Vaqifin ermənilər tərəfindən viran qoyulmuş məqbərəsinin bərpası Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi.

İlham Əliyev gördüyü misilsiz xidmətlərlə bu gün ədəbiyyatın, bədii sözün qarşısına böyük məsuliyyət yükü qoydu. Baş verənləri, yaşanan taleyüklü prosesləri, tarixi reallıqları bədii sözün təcəssüm predmetinə çevirmək, gələcəyin yaddaş məxəzini yaratmaq, qürur və şərəflə yazılmış Zəfər səlnaməsinin ədəbiyyatda obrazlaşmasını təmin etmək. Həm də məsələyə son iki yüz ilin fövqündən, tarix müstəvisindən yanaşaraq. Daha epoxal, daha sistemli, monumental mətn təfəkkürü ilə.

Əlbəttə, İlham Əliyevin ədəbi obrazını yaratmaq o qədər də asan məsələ deyil.  Ötən həftə AMEA Rəyasət Heyətində Prezidentin hakimiyyətə gəlməsinin iyirmi illiyi ilə bağlı təşkil edilən konfransda akademik İsa Həbibbəyli doğru vurğuladı ki, İlham Əliyev liderlik obrazına fərqli və yeni statuslar qazandıran şəxsiyyətdir. Bu mənada, onun ehtiva etdiyi bütün ali statusların məzmun dərinliklərinə enərək layiq olduğu səviyyədə ədəbiyyatlaşdırmaq çağımızın yazıçı və şairindən böyük estetik potensial, kolleqial yanaşma tələb eləyir. Bu gün ölkə başçısının obrazını necə xarakterizə etmək olar?    Bütün ali dəyərləri ilə birlikdə, ilk növbədə, sülh və barışıq rəmzi kimi!

Bu gün Ali Baş Komandan İlham Əliyevin üzərinə çox ağır missiya düşüb. Bir tərəfdən ölkənin rifahını və sabitliyini pozmaq istəyən siyasi cəbhələr, antimilli maraqlara xidmət edən ünsürlər, digər tərəfdən yalnız erməni siyasilərinin, əsgərlərini deyil, erməni vətəndaşlarının, sivillərinin belə qana, müharibəyə susayan, Birinci Qarabağ müharibəsində və ondan sonrakı otuz il müddətində “Bakıya qədər gələcəyik!”, “Axırıncı türkü də öldürəcəyik!” şüarlarını səsləndirməkdən usanmayan kor kütlə…

İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Çıxışları hər zaman, sülhə, barışığa dəvət çağırışları ilə zəngindir. Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. Hərçənd, dünya belə qətiyyətli, güclü lider obrazını, xüsusilə prinsipial, beynəlxalq dəngələri qoruyan idarəedicini o qədər də asan qəbullana, həzm edə bilmir. Amma olsun, onsuz da başqa yolları yoxdur. İlham Əliyev bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində Dövlət qurur. Son  hadisə ilə isə yalnız son otuz ilin yox, iki yüz illik bir dövrün yaraları bütövlənir. Parçalanan, talan olan Azərbaycan hələ Ümummilli lider Heydər Əliyevin  zamanında kor Edip kimi ayağa durub qalxmağa özündə qətiyyət tapmışdı. İlham Əliyev isə Azərbaycanı ona tarixən dəymiş bütün zərbələrin altından zədəsiz çıxarmağı bacardı. Gələcəyə bütöv Azərbaycan ərməğan etmək üçün.

Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib. İlham Əliyev nəyə çalışır? Yalnız Qarabağı bütöv şəkildə geri almağa, Azərbaycanın bütün torpaqlarında Konstitusiya quruluşunu bərpa etməyə deyil, həm də müharibələrə son qoymağa, sülhə nail olmağa çalışır. Azərbaycan hakimiyyətinin, Ordumuzun Qarabağda apardığı bütün əməliyyatların, eləcə də son lokal antiterror tədbirlərinin kökündə bu amil dayanırdı. Müharibəyə son qoymaq! Çıxışlarında bu hərəkatların mülki əhaliyə qarşı olmadığını dönə-dönə bəyan edir, bunun əyani sübutlarını mütəmadi ortaya qoyur, dünyaya sübut etməyə çalışır ölkə başçısı. Qarabağdakı ermənilərə öz vətəndaşları kimi müraciət edilməsi, onlara düzgün yol göstərilməsi də həmin bu missiya daxilində dərk ediləsi prosesdir. Sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: Bizim sivil dövlətlərin rəhbərlərindən və onların sahibkarlarından əsl sıçrayış etməyi, müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağı tələb etməyə haqqımız və borcumuz var. Əvvəllər hər bir lider yalnız öz millətinin mənafeyi naminə hərəkət edirdi, qalanlarına rəqib və ya istismar obyekti kimi baxır, öz üstünlüyündən və şəxsi şöhrətindən başqa bütün digər dəyərlərə etinasız yanaşırdı. Bunun adı ilə əxlaq dağıdılıb, prinsiplər pozulub, ləyaqətsiz üsullara haqq qazandırılıb, saysız-hesabsız insan ölümə məhkum edilib. Yalan, hiylə, xəyanət və qəddarlıq bəsirət möcüzəsi kimi ehtiram edilir, böyüklüyün sübutu kimi görülürdü. Bu gün yanaşma kökündən dəyişməlidir. Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Danışmaq yetər, hərəkət etmək vaxtıdır. Beynəlxalq soyğunçuların və vicdanı pis insanların dövrünü bitirməyin vaxtıdır. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq”.

Hər halda bu gün qürur duymalıyıq ki, kimlərinsə utopik şəkildə arzuladığı sivil lider obrazı – böyük şəxsiyyət, güclü siyasi rəhbər, tək ölkəsinin deyil, dünyanın yaxşılığını arzulayan, bunu bəşəriyyət qarşısında məsuliyyət kimi dərk etdirməyə çalışan insanın rəhbərlik etdiyi ölkədə yaşamaq bizim nəsibimiz olub və Ali Baş Komandan İlham Əliyev bu ali dəyərləri, mənəvi-əxlaqi keyfiyyətləri özündə ehtiva edən şəxsdir! Ölkə başçısının ötən günlərdə, oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngəzurla bağlı Ulu Öndərin fikrinə, mövqeyinə istinadən səsləndirdiyi fikir bunun bir daha sübutu oldu: Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Bəli, İlham Əliyev fərqli yol tutur və tutduğu yolla əslində xalqın əsrlərlə qazandığı nəcib xalq statusunu də təhdid və zərbələrdən qorumuş olur, onu erməni daşnakları, faşist təfəkkürlü terrorçularla eyniləşdirmir. Onlar kimi davranmamalı, onlar kimi danışmamalı olduğumuzun ən böyük örnəyini Ali Baş Komandan İlham Əliyev birinci elə özü meydana qoyur. Bu mənada İlham Əliyev bu gün insanlığın, bütövlükdə bəşəriyyətin düşmənlərinə qarşı vuruşur. Onun hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır. Böyük Mirzə Ələkbər Sabirin dediyi kimi, “Kim ki, in­sa­nı se­vər, aşi­qi-hür­riy­yət olur, / Bə­li, hür­riy­yət olan yer­də də in­san­lıq olur”!

Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir. Və bu yaxınlaşan uzaqlıqlardan bir də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür...

ELNARƏ AKİMOVA

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31