Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Havanın nisbətən mülayim keçəcəyi gözlənilir

Havanın nisbətən mülayim keçəcəyi gözlənilir

11.11.2023 [11:43]

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 11-nə olan məlumatına əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. 

Xidmətdən bildirilib ki, noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib. 

Düşən yağıntının miqdarı: Astarada 45 millimetr (aylıq normanın 29 faizi), Lənkəranda 24 millimetr (aylıq normanın 14 faizi), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 millimetrəddək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 1 santimetr olub.

Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub. 

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31