Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Havada qaz qoxusu var

Havada qaz qoxusu var

06.12.2023 [13:44]

M.BAYRAMLI

Oksigenin insanlar üçün nə qədər gərəkli olduğunu deməyə yəqin ki, ehtiyac yoxdur. Əfsuslar olsun ki, nəfəs aldığımız havanın tərkibində çoxlu qazlar var. Bəs nə üçün son zamanlar oksigen əvəzinə qaz uduruq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumat belə deməyə əsas verir. Qeyd olunub ki, Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.  Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib. "Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda vurğulanıb.

Mütəxəssislər havanın çirklənməsinin infarkt keçirmə riskini artırdığını bildiriblər. Jama Magazine (Amerika) jurnalında dərc edilən araşdırma, çirklənmiş havada ən təhlükəli maddə kimi dəm qazını göstərir. Havanın çirklənməsi siqaret qədər riski artırmasa da, şəhər həyatında havanın təmiz saxlanılması çox vacib sağlamlıq risklərini aradan qaldıracaq. Havanın çirklənməsinə səbəb olan üç əsas maddə üzərində araşdırma aparılıb: 1-Dəm qazı 2-Azot dioksid 3-Kükürd dioksid Bütün şəhər havasına müdaxilə edə bilmədiyimiz üçün alimlər öz yaşayış yerlərimizin (ev, ofis, sinif otaqları və s.) havasını təmizləyəcək cihazları tövsiyə edirlər. HEPA filtrli hava təmizləyici qurğular (hava təmizləyiciləri) evinizdə 99,97% təmiz hava təmin edir.

Karbonmonoksit zəhərlənməsi nədir?

Elmi tərəfdən yanaşsaq, karbonmonoksit qazı rəngsiz, qoxusuz, dadsız və qıcıqlandırıcı olmayan qazdır. Zəhərlənmə qanda karbonmonoksit yığıldıqda baş verir. Nəfəs aldığınız havada çox miqdarda qaz olduqda, bədən qırmızı qan hüceyrələrindəki oksigeni karbonmonoksitlə əvəz edir. Bu da ölümlə nəticələnir.

Yanğın zamanı tüstüdən nəfəs almaq da karbonmonoksit zəhərlənməsinə səbəb ola bilər. Qazdan zəhərlənmə hamilə qadınlar, 2 yaşa qədər uşaqlar, yaşlılar, qan azlığı, tənəffüs sistemi və ürək xəstəlikləri olan insanlar üçün daha çox risk yaradır. Zəhərlənmə şüur ​​itkisinə də səbəb olur. Zəhərlənmə əlamətlərini azaltmaq üçün ilk addım dərhal təmiz havaya çıxmaqdır. Əgər sizdə və ya ətrafınızda baş ağrısı, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı, halsızlıq və ya çaşqınlıq kimi simptomlar varsa, dərhal təmiz havaya çıxmaq vacibdir.

Hansı ehtiyat tədbirləri görülməlidir?

Sadə ehtiyat tədbirləri karbonmonoksit zəhərlənməsinin qarşısını almağa kömək edə bilər.  Məsələn, evlərdə və iş yerlərində təbii qazla istifadə edilən cihazlara hər il texniki baxış keçirilməli, onların saz vəziyyətdə olub-olmadıqları yoxlanılmalıdır. Avtomobilinizi işə salmazdan əvvəl qarajın qapısını açın. Heç vaxt avtomobilinizi qarajınızda işlək vəziyyətdə qoymayın. Təbii qaz cihazlarına kifayət qədər oksigen verilməlidir. Pəncərələrdən oksigenin daxil olmasına imkan verin. Tez-tez evi havalandırın. Mütləq sobaların yandırıldığı otaqlar havalandırılmalıdır. Sızma hallarının baş verməməsi üçün bacalar xaricə birləşdirilməlidir. Bacaların və boruların təmiz və açıq olması təmin edilməlidir. Yanacaqla işləyən qızdırıcılardan yalnız pəncərə açıq olduqda istifadə etmək lazımdır.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29