Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Bütün hədəflərimiz gerçəkləşdiriləcək”

“Bütün hədəflərimiz gerçəkləşdiriləcək”

26.01.2024 [11:16]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunun Kürdəxanı, Pirşağı və Nardaran qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, təşviqat qrupunun üzvləri Oruc Əhmədov, İlahə Abdullazadə, Sübhan Məmmədov və Ağasəid Orucov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilib. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin edib. İndi ölkəmizin qarşısında yeni vəzifələr dayanır. İşğaldan azad olunmuş şəhər və rayonlarımız yenidən qurulur, dirçəldilir. Bütün hədəflərimiz gerçəkləşdiriləcək.

Natiqlər seçiciləri fevralın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, rayonun Bakıxanov, Balaxanı və Pirşağı qəsəbələrində yaşayan seçicilərlə fərdi görüşlər də keçirilib. 

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29