Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Teyyub Aslanov: Cənab İlham Əliyevin ölkəmizin inkişafı, xalqımızın tərəqqisi üçün gördüyü işlər ölçüyəgəlməz

Teyyub Aslanov: Cənab İlham Əliyevin ölkəmizin inkişafı, xalqımızın tərəqqisi üçün gördüyü işlər ölçüyəgəlməz

30.01.2024 [11:07]

“İllərdən bəri bütün xalqımız kimi biz xanəndələrin, muğam ifaçılarının, incəsənət xadimlərinin də ən böyük arzusu muğam, sənət beşiyi Qarabağımızın, gözəl Şuşamızın işğaldan azad olunması idi. Bəlkə də nə zamansa orada “Xarıbülbül” kimi musiqi festivalının keçiriləcəyi, Cıdır düzündə qurulmuş böyük səhnədə muğamımızı, Qarabağ şikəstəsini ifa edəcəyimiz bizə yuxu kimi gəlirdi. Amma bu gün onların hamısı gerçəkdir. Biz azad, firavan Qarabağımızda musiqi festivalları, mədəni tədbirlər keçiririk. Əlbəttə bütün bu xoşbəxtliyi, qüruru bizə bəxş edən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev oldu”.

Bu sözləri Xalq artisti Teyyub Aslan deyib. O qeyd edib ki, cənab İlham Əliyevin ölkəmizin inkişafı, xalqımızın tərəqqisi üçün gördüyü işlər ölçüyə gəlməz:

“İlham Əliyev hakimiyyətə gələrkən millətimiz qarşısında verdiyi bütün sözləri bir-bir yerinə yetirdi. Onun ən böyük sözü isə Qarabağımızı azad etmək, bir milyondan artıq məcburi köçkün olan soydaşlarımızı öz ata-baba yurdlarına geri qaytarmaq idi. Bu sözünün üzərində də mərd-mərdanə durdu. Ordu-xalq və rəhbər birliyi sayəsində biz 3 ildir ki, böyük zəfərin sonsuz sevincini, fərəhini yaşayırıq. Buna görə də cənab İlham Əliyevə minnətdarıq”.

T.Aslanov bildirib ki, heç bir partiyanın üzvü olmasa da, daim Yeni Azərbaycan Partiyasının Suraxanı və Yasamal rayon təşkilatlarının tədbirlərində hər zaman canla-başla iştirak edib:

“Həm özüm, həm də tələbələrimiz dövlət tədbirlərində böyük məmnuniyyətlə çıxış etmişik. Cənab Prezidentin mədəniyyətimizin, incəsənətimizin inkişafı üçün gördüyü işlər də göz qabağındadır. Bu gün muğamımız bütün dünyada tanınır, sevilir. İncəsənət xadimləri dövlət qayğısı, diqqəti ilə əhatə olunublar. Təbii ki, bir xalqın var olması, yaşaması və tanınması üçün mühüm faktor olan mədəniyyətin ölkəmizdəki bu mütləq inkişafı bizi çox sevindirir, gələcəyə daha inamlı edir”.

Yaxınlaşan prezident seçkilərində, şübhəsiz, Yeni Azərbaycan partiyasının namizədi İlham

Əliyevi dəstəkləyəcəyini deyən Xalq artisti bütün xalqımızı da

İlham Əliyevə səs verməyə çağırıb.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31