Kibertəhlükəsizlik strategiyası...
05.03.2024 [11:05]
Hər bir dövlətin milli prioritetlərindən biri
Y.SAHİB
Müasir dövrdə kibertəhlükəsizlik hər bir sahəyə təsir edən strateji məsələlərdən biridir. Qlobal informasiya cəmiyyətində dövlətlər, cəmiyyətlər və biznes strukturları fərdi məlumatların qorunması sahəsində kritik problemlərlə qarşılaşırlar. Bu baxımdan kibertəhdidlərə qarşı çevik, operativ və effektiv mübarizə hər bir dövlətin milli hədəfləri və prioritetləri üçün mühüm faktordur.
Ölkələrin milli strategiyalarında kibertəhlükəsizlik termininə verilən təriflər xeyli fərqlənir. “Kiber” sözü isə “kibernetika” sözündən törəmədir. “Kibernetika” termini qədim yunan dilində “kibernetes” sözündən yaranıb, mənası sükançı, idarə edən deməkdir.
Bu günlərdə Bakıda “UK Cybersecurity Expo” sərgisinin açılışı baş tutub. Açılışda iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib ki, Azərbaycanın kifayət qədər mürəkkəb qonşuluğu var. Səfir qeyd edib ki, bu baxımdan, digər sahələrdə olduğu kimi, hərbi sektorda da kibertəhlükəsizlik çox önəmlidir.
“Prezident İlham Əliyev də bildirib ki, kibertəhlükəsizlik Azərbaycan üçün əsas prioritetdir. Hazırda kibertəhlükəsizliklə mübarizə aparmaq üçün Azərbaycan tərəfindən lazımi addımlar atılır, Böyük Britaniya tərəfindən ilk dəfə olaraq Azərbaycanda təşkil olunan kibertəhlükəsizlik sərgisində 4 aparıcı şirkətimiz təmsil olunur. Belə bir sərginin təşkil olunmasında məqsəd müxtəlif sahələrdə kibertəhlükəsizliklə mübarizədə Azərbaycana dəstək olmaqdır”.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən İKT üzrə mütəxəssis Pərvin Əsədov bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə məqsədyönlü işlər aparılır: “Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar kibertəhlükəsizliyin təmin edilməsi probleminə yeni strateji yanaşmanın formalaşdırılmasını nəzərdə tutur. Uğurlu milli kibertəhlükəsizlik strategiyasının işlənib hazırlanması, həyata keçirilməsi və təkmilləşdirilməsi üçün ən yaxşı təcrübənin aşkarlanması məqsədi ilə bu sahədə mövcud olan milli strategiyalar analiz edilir, onların ümumi və fərqli cəhətləri müəyyən edilir, bir sıra tövsiyələr verilir”.
Kibertəhlükəsizliyin çox geniş və aktual problem olduğunu vurğulayan ekspert bildirib ki, dövləti bu sahədə mövcud olan boşluqları və təhlükələri vaxtında dəyərləndirərək müvafiq addımlar atıb: “Azərbaycan bu sahədə fəaliyyətini bundan sonra da böyük əzmlə davam etdirəcək. Kiberhücumların əsas hədəflərindən biri də fərdi və digər konfidensial məlumatlardır. Son illərdə Avropa Birliyində, inkişaf etmiş digər ölkələrdə bu sahədə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ölkəmizdə də bu işlərə başlanılıb. Aidiyyəti qurumlarla birlikdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparır. Fərdi məlumatların işlənməsi və mühafizəsi fəaliyyətinin sertifikatlaşdırılması, qanunun tələblərinin pozulduğu hallarda müvafiq qurumların və fərdi məlumat subyektlərinin məlumatlandırılması nəzərdə tutulur. Hesab edirik ki, bu addımlar ümumilikdə kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

