Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan müdafiə nazirinin müavini ehtiyatda olan polkovnik-leytenanta “Hərbi xidmətlərə görə” medalı təqdim edib

Azərbaycan müdafiə nazirinin müavini ehtiyatda olan polkovnik-leytenanta “Hərbi xidmətlərə görə” medalı təqdim edib

30.04.2016 [09:26]

Moskvada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarova “Hərbi xidmətlərə görə” medalı təqdim edib. Mükafat haqqında şəhadətnamə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanıb.
Sergey Vladimiroviç Uvarov Azərbaycanın bu yüksək mükafatına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi işində göstərdiyi igidlik, cəsarət və vicdanlı münasibətə görə layiq görülüb.
Medalı təqdim edərkən Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev qeyd edib ki, SSRİ-nin süqutundan sonra sovet ordusunun Azərbaycanda xidmət keçən bir çox zabitləri öz yoldaşlarını darda qoymayıb. K.Vəliyev deyib: “Müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Bu dövrdə sovet ordusunun Azərbaycanda xidmət edən bir çox zabitləri Azərbaycan xalqı ilə birgə Vətənimizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə edirdilər. Onlardan biri Sergey Uvarov idi. Mənim üçün döyüş yoldaşı kimi Sergey Vladimiroviçə bu yüksək dövlət mükafatını təqdim etmək böyük şərəfdir”.
K.Vəliyev S.Uvarova Azərbaycan müdafiə nazirinin adlı saatını təqdim edib.
Yüksək mükafata görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən Sergey Uvarov qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. O deyib: “Birgə xidmət etdiyim bir çox dostlar Azərbaycanı tərk etmədi və biz birlikdə silahlı qüvvələri yaradırdıq. Çox xoşbəxtəm ki, indi Azərbaycanla Rusiya arasında yaxşı, səmimi münasibətlər var. Xalqlarımıza sülh və inkişaf diləyirəm”.
S.Uvarov vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələri diqqətlə izləyir. Ehtiyatda olan zabit fikrinin davamında deyib: “Məncə, Qarabağ tarixən həmişə Azərbaycana məxsus olub və həmişə də Azərbaycan Respublikasının tərkibində qalmalıdır. Azərbaycan Ordusu indi daha güclüdür. Son hadisələr sübut etdi ki, o döyüş qabiliyyətlidir, qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilər”.

Paylaş:
Baxılıb: 293 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31