Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etməlidir

Dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etməlidir

30.04.2016 [09:27]

Dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etməlidir. Biz istəyirik ki, beynəlxalq ictimaiyyət ikili standartlardan əl çəksin, erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxmasını qəti tələb etsin.
AZƏRTAC xəbər verir ki, bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov aprelin 29-da cəbhəboyu zonaya səfər edən yerli və xarici jurnalistlərə müsahibəsində deyib.
Ş.Məmmədov qeyd edib ki, erməni hərbi birləşmələri Ağcabədi rayonunun kəndlərini iriçaplı silahlardan müntəzəm olaraq atəşə tutur. Rayonun kəndləri xüsusilə aprelin 27-dən 28-ə keçən gecə saat 23.40-dan başlayaraq daha güclü və intensiv atəşə məruz qalıb. Düşmənin artilleriya zərbələri nəticəsində rayonun Qaraxanlı, Boyat, Hacılar, Yuxarı Qiyaməddinli və Mirzəhaqverdili kəndlərinə 100-ə yaxın mərmi düşüb. Təkcə Qaraxanlı kəndinə 50 mərmi atılıb. Onlardan 35-i kəndin içinə, 19-u evlərin həyətlərə düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 30-a yaxın evə, yardımçı binalara, orta məktəbin binasına, əhalinin mülkiyyətinə və təsərrüfatına ziyan dəyib.
“Biz müharibə tərəfdarı deyilik. İstəyirik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Lakin işğal altındakı torpaqların azad edilməsi tezliklə baş verməzsə, bütün Azərbaycan xalqı kimi, Ağcabədi əhalisi də ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşmək üçün Ali Baş Komandanın əmrinə hazırdır”, - deyə Şahin Məmmədov bildirib.

Paylaş:
Baxılıb: 269 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31