Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər

AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər

06.07.2016 [10:01]

AZAL Miles bonus proqramı çərçivəsində “Azərbaycan Hava Yolları”nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqat səyahət və status balları təqdim olunacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, Moskva, İstanbul, Kiyev, Minsk, Sankt-Peterburq, Milan, Paris, Pekin, Praqa, Dubay istiqamətləri üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər.
AZAL Miles bonus proqramı barədə ətraflı məlumat ilə https://www.azal.az/az/azal-miles/miles-programme linkində tanış olmaq olar.
Proqram iştirakçısı olmayan şəxslər http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az link vasitəsilə qeydiyyatdan keçə bilər.
Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək biznes sinif aviabilet alan sərnişinlər güzəştli tariflərdən yararlana bilərlər.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80; *8880, telefon nömrələri ilə və callcenter@azal.az elektron ünvanı ilə əlaqə saxlamaq olar.
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31