Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Daha bir karvan yola düşdü...

Daha bir karvan yola düşdü...

24.04.2024 [10:31]

Növbəti 20 ildə Füzuli əhalisinin sayı 2,5 dəfə artacaq

2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra dövlətimizin qarşısında bir sıra mühüm hədəflər var. Azərbaycanın həmin hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışını təmin etməkdir. Cəmi 44 gün ərzində döyüş meydanında düşməni diz çökdürən, kapitulyasiyaya məruz qoyan qalib ölkəmiz, eyni zamanda bərpa-quruculuq işlərini qısa müddətdə və yüksək səviyyədə həyata keçirir. Bugünədək icra olunan layihələr onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın təmin olunması dövlətimizin əsas prioritetlərindən biridir.

Görülən işlər içərisində azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhər və kəndlərin bərpası, zəruri infrastrukturun qurulması istiqamətində işlər sürətlə aparılır. Ölkəmiz digər bölgələri kimi, işğaldan azad edilmiş rayonların da yüksək inkişaf yoluna qədəm qoyması üçün güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısının imzaladığı müvafiq sənədə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, bu ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi və reinteqrasiya prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “ “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzuru inkişafa, yüksək həyat tərzinə qovuşduracaq. Proqramın əsas məqsədi ilk beşillikdə 34 min 500 ailənin azad edilmiş ərazilərə köçürülməsini təmin etməkdir.

2040-cı ilədək 50 min vətəndaş məskunlaşacaq...

Bu gün işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblərə uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləyib. Həmin dövrədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşması nəzərdə tutulub. Yenidən qurulan Füzuli işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş ərazini əhatə edəcək. Növbəti 20 ildə isə əhalinin sayının 1993-cü illə müqayisədə 2,5 dəfə artacağı və hava limanı da daxil olmaqla, Füzuli şəhərinin 1936 hektar əraziyə malik olacağı planlaşdırılıb.

İqtisadi gücümüzüm təsdiqi...

Vurğulamaq lazımdır ki, dövlət başçısı müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə etmişdi. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna səfər etdilər. Səfər zamanı ölkə başçısı Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermişdi və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə başlanmışdı. Qalib ölkəmiz üçün bu yol böyük rəmzi məna daşıyır. Çünki Vətən müharibəsində hərbçilərimiz, döyüşçülərimiz məhz Zəfər yolunun keçdiyi ərazilərdən Şuşaya daxil olublar. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Zəfər yolunun açılışı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində olub.

Qarabağın hava qapısı...

Bununla yanaşı, Füzulidəki ən böyük infrastruktur obyektlərindən biri olan hava limanı şəhərin əhəmiyyətini daha da artırır. 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı adlandırılır. Hava limanı istənilən tip təyyarələri qəbul etmək imkanına malikdir. Onun qısa müddətdə və yüksək keyfiyyətlə inşası dövlətimizin iqtisadi gücünün təsdiqidir.

Köç davam edir...

Qeyd edək ki, dünən-aprelin 23-də Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Bakı və Sumqayıt şəhərlərindən köçürülən 37 ailə (144 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Şirvan şəhərində və Füzuli rayonunda məskunlaşmış 2 ailə (6 nəfər) məskunlaşdıqları ərazidən yola salınıb və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli sakinlərinin sayı 2839 oldu

Bu mərhələdə Füzuli şəhərinə ümumilikdə 39 ailə - 150 nəfər köçürülüb. Bununla da ölkə başçısının rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına növbəti imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə təşəkkür ediblər. 

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

Y.SƏLİM

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31