Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycan ictimaiyyəti bəzi QHT-lərin sabitliyi pozmağa yönələn fəaliyyətindən xəbərdardır

Azərbaycan ictimaiyyəti bəzi QHT-lərin sabitliyi pozmağa yönələn fəaliyyətindən xəbərdardır

05.04.2013 [12:56]

Hülya Məmmədli

Anti-milli fəaliyyət göstərən qüvvələrin addımları ölkə ictimaiyyətinin qınağı ilə üzləşir
Məlum olduğu kimi, Azərbaycan sosial-siyasi sabitliyin hökm sürdüyü, sürətlə inkişaf edən dövlətdir. Lakin respublikamızın inkişafı bəzi daxili və xarici qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Azərbaycanın inkişafına, beynəlxalq imicinə kölgə salmaq, ölkədəki sabitliyi pozmaq məqsədilə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarından xarici mərkəzlər tərəfindən təzyiq vasitəsi kimi istifadə olunur. Fəaliyyəti ölkə daxilindəki dağıdıcı ünsürləri maliyyələşdirməklə sabitliyi pozmağa yönələn belə təşkilatların gördükləri iş çox zaman üzərlərinə götürdükləri missiya ilə ziddiyyət təşkil edir. Son zamanlar kütləvi informasiya vasitələrində yayılan və müvafiq orqanların araşdırması nəticəsində təsdiqini tapan məlumatlar göstərdi ki, Azərbaycanda bəzi QHT-lər ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərir, üstəlik bəzi gəncləri də müxtəlif yollarla təxribatçı fəaliyyətə sövq edirlər. Azərbaycan ictimaiyyətinin nümayəndələri bəzi QHT-lərin və onların ətrafına cəlb olunan bir sıra gənclərin dövlətin milli mənafelərinə, cəmiyyətin maraqlarına zidd fəaliyyətinə kəskin etiraz edirlər.
Məsən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı söyləyib ki, ölkədə “demokratiyaya dəstək” adı altında təxribatçı fəaliyyətlə məşğul olan bir sıra QHT-lər mövcuddur: “Bəzi QHT-lərin fəaliyyəti Azərbaycan dövlətçiliyinə ziddir. Onlar müxtəlif sahələr üzrə ixtisaslaşıblar. Seçki üzrə fəaliyyət göstərən qurumlar, vətəndaş cəmiyyəti quruculuğu sahəsində müxtəlif təşkilatlar var ki, əsas məqsədləri Azərbaycanda stabilliyi pozmaq, Azərbaycan dövlətçiliyini zəiflətməkdir. Düşünürəm ki, belə təşkilatlara qarşı qanunlar çərçivəsində sərt tədbirlər görülməlidir”.
M.Zülfüqarlı bildirib ki, həmin qurumlar bəzi gəncləri də müxtəlif yollarla qeyri-qanuni, dövlətçiliyə zidd fəaliyyətə cəlb edirlər: “Siyasi sifarişlərlə işləyən təşkilatlar, adətən, vəsait xərcləməklə müəyyən qrup gəncləri özlərinə cəlb edirlər. Hesab edirəm ki, aidiyyəti qurumlar bununla məşğul olmalıdır. Həmin təşkilatlar fəaliyyətləri barədə ictimaiyyətə geniş açıqlama verməlidirlər. Bir sıra QHT-lər xaricdən külli miqdarda vəsait almalarına baxmayaraq, onu hara xərcləmələri barədə heç bir məlumat vermirlər. Bu isə şəffaflıq prinsipinin pozulmasına gətirib çıxarır”.
Gənc politoloq Elşən Musayev isə qeyd edib ki, ölkədə beynəlxalq təşkilatların və transmilli QHT-lərin fəaliyyətinin yoxlanılması mexanizmləri zəifdir: “ABŞ-ın Milli Demokratiya İnstitutunun fəaliyyətinin timsalında bir sıra beynəlxalq qurumlar və QHT-lər səviyyəsində Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən təşkilatların, siyasi stabilliyi, ictimai asayişi pozmağa cəhd göstərən qüvvələrin mövcudluğu faktlarla sübuta yetirildi. Baş prokuror Zakir Qaralovun ABŞ səfirinə məlum müraciəti var. Lakin bu müraciətə ABŞ Dövlət Departamentindən gələn cavab heç də qaneedici deyil. Təbii ki, Baş prokuror belə bir müraciət ünvanlayırsa, deməli, bunun üçün kifayət qədər əsas və sübutlar var. Bu müraciət, əslində, dövlətin beynəlxalq təşkilatlara verdiyi ilk siqnaldır. Bir faktı xatırlatmaq istəyirəm ki, təxminən 5-10 il bundan öncə işğal altında olan Kəlbəcər rayonu ərazisində ABŞ-ın dövlət qeydiyyatında olan QHT-lərdən biri qızıl yataqlarının müəyyən olunması və araşdırılması üzrə bir layihə hazırlamışdı. Azərbaycan tərəfi buna ciddi təpki göstərdikdən sonra onlar belə bir cavab verdilər ki, həmin QHT-lər müstəqildir və onların fəaliyyətinə qarışa bilməzlər. Bu o deməkdir ki, müəyyən dövlətlər, yaxud qüvvələr belə QHT-ləri ortaya çıxararaq onları öz maraqlarına uyğun şəkildə yönləndirirlər. Eyni zamanda, deyirlər ki QHT-lər müstəqildir və onların fəaliyyətinə müdaxilə edə bilməzlər”.
E.Musayev bildirib ki, ölkədə fəaliyyət göstərən xarici QHT-lər bəzən pərdələnmək məqsədilə iqtidara loyallığı ilə seçilən bir neçə yerli QHT-ni də maliyyələşdirilər. Bununla da, onlar iqtidar-müxalifət bölgüsü aparmadıqlarını göstərməyə çalışırlar. Onun fikrincə, MDİ kimi təşkilatların əsl məqsədi bəllidir və onları bundan sonra da ifşa etmək lazımdır.
Gənc politoloqun fikrincə, ölkəyə təzyiq göstərməyə çalışan QHT-lərin və dağıdıcı müxalifətin cəhdlərinə baxmayaraq onlar ətraflarına gəncləri toplaya bilmirlər. Radikal qrupların mitinqlərində iştirak edən az sayda gənclər isə bəzi müxalifət partiya rəhbərlərinin qohum-əqrəbalarıdır. “Azərbaycan gəncliyi müxalifətin mitinqlərində təmsil olunmur. Lakin az sayda gənclərdən ibarət bir qrup var ki, onlar təhsilsiz, ictimai-siyasi proseslərdən təcrid olunmuş fanatizm ruhlu şəxslərdir. Onlar üçün hansı siyasi qüvvənin arxasınca getmələri o qədər də əhəmiyyətli deyil. Onlara kim cəlbedici təkliflər edirsə, onun da təsiri altına düşürlər”, - deyə E.Musayev bildirib.
Politoloq deyib ki, dağıdıcı müxalifətə də məhz belə gənclər lazımdır, çünki onlar düşünmədən hər bir addımı ata bilər: “Əli Kərimli, İsa Qənbər kimi şəxslər müxalifəti monopoliyaya almağa çalışır, gəncləri heç vaxt rəhbər vəzifələrə cəlb etmir, onların irəliləməsinin qarşısını alırlar. Lakin bu bir həqiqətdir ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti təxribatçı dairələrə uymur, ölkə əleyhinə fəaliyyətə qoşulmurlar. Azərbaycan gəncliyi hər zaman olduğu kimi, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin yanındadır”.

Paylaş:
Baxılıb: 886 dəfə

Müəllifin digər məqalələri:

İnflyasiya və monopoliya Ermənistanın boşalmasını sürətləndirir

İşğalçı ölkədə əsl...

22.10.2014 [09:28]

“Moody’s” Ermənistanla bağlı bədbin proqnozlar verir

Hazırda işğalçı ölkə...

20.09.2014 [10:15]

Ermənistanda yeni etiraz aksiyaları gözlənilir

Sosial, iqtisadi problemlərin...

18.09.2014 [09:53]

Qərb sanksiyaları Ermənistan iqtisadiyyatına zərbə vurur

Erməni diasporu nümayəndələri...

13.09.2014 [10:49]

Erməni diasporu Sarkisyan hakimiyyətindən qisas almağa çalışır

Ermənistan hakimiyyəti ilə erməni...

28.08.2014 [09:45]

Ermənistan hakimiyyəti diaspordakı dayaqlarını itirməkdədir

Sarkisyan rejimi Ermənistan...

20.08.2014 [09:38]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31