Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

28.04.2021 [09:40]

Mübariz Abdullayev

Radikal müxalifət düşərgəsində cəmləşənlər müxtəlif xarici dairələrdən aldıqları sifarişləri can-başla yerinə yetirərək Azərbaycandakı müsbət reallıqlara kölgə salmağa çalışırlar. Ölkəmizdə müşahidə edilən və vətəndaş məmnunluğunu artıran proseslərə qara eynək arxasından baxan belələrindən biri də neçə ildir ki, okeanın o tayında “lövbər salan” Qubad İbadoğludur. O, sosial şəbəkələrdə əsassız iddialar səsləndirir, daim faktları təhrif edir.
Budur, Qubad İbadoğlu yenə də öz ampluasındadır. Bu dəfə o, respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan sistemli və ardıcıl mübarizəni “tənqid” hədəfinə çevirməyə çalışıb. Amma onun özü də yaxşı bilir ki, Azərbaycan dövlətinin korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli siyasi iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə bir tərəfdən institusional çərçivədə aparılır. Bu məqsədlə beynəlxalq təcrübə də nəzərə alınmaqla işlək mexanizmlər yaradılıb, hüquqi baza daha da möhkəmləndirilib. Bundan başqa, respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı, Milli Strategiya qəbul olunub, o cümlədən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Dövlətin güclü siyasi iradəsi ilə tamamlanan belə sistem xarakterli tədbirlər səmərəli antikorrupsiya platforması qismində çıxış edir.
Eyni zamanda, ölkəmizdə insanları narazı salan neqativ hallara qarşı inzibati yollarla sərt mübarizə tədbirləri görülür. Təsadüfi deyildir ki, institusional və inzibati mübarizə tədbirlərinin paralel şəkildə həyata keçirilməsi sayəsində respublikamızda neqativ halların meydanı əhəmiyyətli dərəcədə daralıb. Bu amil beynəlxalq təşkilatların, müxtəlif reytinq agentliklərinin hesabatlarında da xüsusi vurğulanır.
Aydın görünür ki, Qubad İbadoğlunun iddiaları cəfəngiyyatdır və o, sosial şəbəkələrdəki paylaşımlarında səmimilikdən çox uzaqdır. Q.İbadoğlu, sadəcə olaraq, dövlətin neqativ hallara qarşı apardığı mübarizə tədbirlərinə kölgə salmağa, ictimai rəyi manipulyasiya etməyə uğursuz cəhdlər göstərir.

Paylaş:
Baxılıb: 508 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu öz ampluasında...

Ölkəmizin Vətən müharibəsində...

17.03.2021 [09:19]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30