Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qubad İbadoğlunun növbəti manipulyasiyası

Qubad İbadoğlunun növbəti manipulyasiyası

26.06.2021 [08:29]

Mübariz Abdullayev

Faktları təhrif etmək, ucuz manipulyasiya cəhdlərinə əl atmaq xeyli vaxtdır ki, okeanın o tayında “lövbər” salan Qubad İbadoğlu üçün, sözün əsl mənasında, həyat tərzinə çevrilib. Onun söylədikləri nə Azərbaycan reallığını doğru-düzgün əks etdirir, nə də qlobal çağırışlarla uzlaşır. Açıq-aydın görünür ki, özünü yeri gəldi-gəlmədi “iqtisadçı-alim” adlandıran Qubad İbadoğlunun məqsədi ümumi işimizə, respublikamızın inkişafına hansısa bir töhfə verəcək əsaslandırılmış təhlillər aparmaqdan çox uzaqdır. O, hər dəfə sosial şəbəkələrdə, internet TV-lərdə görünəndə ölkəmizin nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilən müsbət reallıqlarını təhrif etməyə çalışır. Bu şəxs yenə də öz ampluasında qalaraq pandemiya şəraitində ölkəmizdə aparılan nümunəvi sosial-iqtisadi siyasəti hədəfə almağa cəhd edib. Xatırlatmaq istərdik ki, 150-dək ölkə pandemiya dövründə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərinə görə kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində güclü iqtisadi dayaqlar quran Azərbaycan isə qlobal pandemiya səbəbindən artan bütün xərclərini özü qarşılayıb.

Qubad İbadoğlunun yalan üzərində qurulan iddialarının əksinə olaraq, Azərbaycan dövləti ötən il və cari ilin əvvəlindən bəri özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirib. Sirr deyil ki, praqmatik siyasət kursuna malik olan Azərbaycanın sosial siyasəti milli iqtisadiyyatımızın getdikcə artan imkanlarına adekvat qurulub. Bu, tam realist, dünya təcrübəsində özünü doğruldan bir yanaşmadır. Məlumat üçün bildirək ki, Azərbaycan pandemiya dövründə geniş əhatə dairəsinə malik sosial paket təqdim edən ölkələr sırasında yer aldı, ötən il təxminən beş milyon insan - respublika əhalisinin yarısı bu dəstək tədbirlərindən bəhrələndi. Ən əsası, Q.İbadoğlunun iddialarının əksinə olaraq, Azərbaycan dövləti cari ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirləri ardıcıl olaraq davam etdirir.

Bütövlükdə, bu kimi faktlar isə Qubad İbadoğlunun yalanlarını ifşa edir.

Paylaş:
Baxılıb: 614 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Qubad İbadoğlu öz ampluasında...

Ölkəmizin Vətən müharibəsində...

17.03.2021 [09:19]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30