Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bişkekdə Ulu öndər Heydər Əliyevin anım günü keçirilib

Bişkekdə Ulu öndər Heydər Əliyevin anım günü keçirilib

17.12.2014 [10:21]

Azərbaycanın Qırğızıstandakı Səfirliyi İşenalı Arabayev adına Qırğız Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar böyük mərasim keçirib. Tədbirdə Qırğız Respublikası Prezident Aparatının, hökumətinin təmsilçiləri, parlamentin deputatları, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.
İşenalı Arabayev adına Qırğızıstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov mərasimdə çıxış edərək deyib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Heydər Əliyev fenomeni, Onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında Onun adı həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması Onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.
Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, Ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib.
Bildirib ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirib.
Diplomat bildirib: “Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili - bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.
Tədbirdə çıxış edən Qırğız Respublikası xarici işlər nazirinin müavini Erines Otorbayev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan Respublikasının bərpasında və inkişafında böyük rolu olub. Heydər Əliyev bütün həyatını xalqına, Vətəninə və dövlətinə xidmət etməyə həsr edib. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideridir.
Sonra Türkiyə Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mətin Kılıç çıxış edərək Heydər Əliyev kimi dahi və ölməz liderin anım günündə çıxış etməyin özü üçün böyük şərəf olduğunu bildirib. Mətin Kılıç Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” gerçəkliyinin hər zaman qorunub saxlanacağını qeyd edib.
Qırğız Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, Tarix və Sosial-Hüquqi Təhsil İnstitutunun direktoru Nazira Kurmanova, Qırğız-Türk Manas Universitetinin rektoru, professor Sebahaddin Balcı, Qırğız Respublikası Əməkdar inşaat xadimi, İkinci Dünya müharibəsi veteranı Əsəd Həsənov və başqaları dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, Onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31