Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “ADA” Universitetində Milli Erasmus+ Məlumatlandırma Günü keçirilib

“ADA” Universitetində Milli Erasmus+ Məlumatlandırma Günü keçirilib

18.12.2014 [10:21]

Dekabrın 17-də “ADA” Universitetində bu ali məktəb və Azərbaycanda Milli “Erasmus+” ofisinin birgə təşkilatçılığı ilə Milli Erasmus+ Məlumatlandırma Gününə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın və Avropanın ali təhsil sistemlərində prioritet istiqamətlər, təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.
Tədbirdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb.
Tədbirin əhəmiyyətindən söz açan Hafiz Paşayev azərbaycanlı tələbələrin bu proqramdan yararlanacağına ümidvar olduğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəb ilə dünyanın bir sıra nüfuzlu universitetləri arasında əməkdaşlığın genişləndiyini, tələbə mübadiləsi barədə müqavilələrin imzalandığını diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışıb. Bildirilib ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir, uzunmüddətli dövlət proqramları qəbul edilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanması nəzərdə tutulub. Təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır.
Avropa Komissiyası EACEA Təhsil Agentliyinin nümayəndəsi Xose Qutyerez, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin siyasi, iqtisadi və informasiya bölməsinin rəhbəri Toralf Pilz və digər çıxış edənlər əməkdaşlığın davamlı olacağına əminliklərini bildiriblər. Qeyd edilib ki, “Erasmus+” proqramı çərçivəsində ali təhsil sahəsində birgə magistratura proqramları, kredit mobilliyi, Jan Mone Proqramı, bilik alyansları və strateji tərəfdaşlıq kimi imkanlardan istifadə mümkün olacaq. Proqram təhsilin inkişafına müsbət təsir göstərəcək, gənclər arasında fikir mübadiləsinin aparılmasında mühüm rol oynayacaq.
“Erasmus+” proqramının Azərbaycan üçün prioritet sahələri kurikulum quruculuğu, təhsil və tədrisin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin təkmilləşdirilməsidir.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31