Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib

18.12.2014 [10:23]

Dekabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov UNICEF-in ölkəmizdə yeni təyin olunmuş nümayəndəsi Andro Şilakadze ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, A.Şilakadze ölkəmizdə fəaliyyət göstərdiyi iyirmi il ərzində UNICEF ilə Azərbaycan hökuməti arasındakı faydalı əməkdaşlıq imkanlarından danışıb. Beynəlxalq qurumların fəaliyyəti üçün yaradılan işgüzar şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirən A.Şilakadze UNICEF tərəfindən hazırlanan 2016-2020-ci illər üçün ölkəmizlə əməkdaşlıq üzrə yeni proqram barədə ətraflı məlumat verib.
Baş nazirin müavini Əli Əhmədov ötən müddətdə həqiqətən bu mötəbər beynəlxalq qurumun ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Xüsusən müstəqilliyini bərpa etdikdən sonra respublikamızda səhiyyə sisteminin daha da təkmilləşdirilməsi, zəruri islahatların aparılması, həmçinin uşaqların sağlamlığının qorunması, immunlaşma, bərpa, qidalanma və s. proseslərin həyata keçirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə UNICEF-in Azərbaycan ilə gələcək əməkdaşlıq üçün təklif etdiyi yeni proqramın prioritetləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31