Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ötən il ölkəmizin elmi həyatında bir sıra uğurlarla yadda qalıb

Ötən il ölkəmizin elmi həyatında bir sıra uğurlarla yadda qalıb

29.04.2016 [12:31]

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2015-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar akademiyanın elmi müəssisə və təşkilatlarının 2015-ci ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun illik fəaliyyəti ilə bağlı çıxışında akademiyanın 2015-ci ildə dövlətimizin başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib.
Sonra AMEA rəyasət heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabat məruzələri dinlənilib.
Hesabatlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim edilib.
Ümumi yığıncaqda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31