Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Nərimanov rayon ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

03.12.2021 [22:47]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Olimpiya küçəsi 4” ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan Azərbaycan Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva partiyada aparılan məqsədyönlü islahatlardan bəhs edib, eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikirlərini bildirib. O, 44 günlük Vətən müharibəsində qazanılan zəfəri misli görünməmiş tarixi hadisə adlandırıb, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığının və rəşadətinin önəmini diqqətə çatdırıb.

Sonra ərazi partiya təşkilatının üzvü Aydın Məmmədov rayon təşkilatının fəaliyyətindən söhbət açaraq bütün partiya üzvlərini partiyanın fəaliyyətində yaxından iştirak etməyə və yüksək fəallıq göstəməyə çağırıb.

Çıxış edən ərazi partiya təşkilatının sədri Əli Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik təsdiq olunduqdan sonra ərazi partiya təşkilatının sədri təşkilatın partiyanın VII qurultayından ötən müddət ərzindəki fəaliyyəti barədə hesabatını təqdim edib.

Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb və hesabat qənaətbəxş hesab edilib.

Yığıncaqda həmçinin təşkilati məsələlərə baxılıb. Əli Məmmədov yenidən ərazi partiya təşkilatının sədri, Elşən Hüseynov isə sədr müavini seçilib.

Hesabat-seçki yığıncağında çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev ərazi partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək gələcək işlərində uğurlar arzulayıb. O, son illərdə ölkəmizdə, eləcə də Nərimanov rayonunda həyata keçirilən uğurlu islahatlardan danışıb, bütün bunların Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31