Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Nərimanov rayon ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

06.12.2021 [14:35]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Həsən Əliyev 36”(ASAN Xidmət) ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İclasda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, təşkilatın üzvləri iştirak ediblər.

Tədbirdə ərazi ilk partiya təşkilatının üzvü, Agentliyin sədr müavini Ceyhun Salmanov çıxış edərək yığıncağın gündəliyi barədə məlumat verib. Sonra ərazi partiya təşkilatının  hesabatı haqqında məruzə dinlənilib.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən bəhs edib, bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. S.Vəliyev  rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib, ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tövsiyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılıb, Ceyhun Salmanov ərazi partiya təşkilatının sədri, Cahangir Hacıyev isə sədr müavini seçiliblər.

 

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31