İsraildən HƏMAS-a təklif...
16.04.2025 [08:56]
Atəşkəs sazişi imzalanacaqmı?
Yaxın zamanda İsrail ilə HƏMAS arasında yeni atəşkəs sazişi imzalana bilər. Qeyd edək ki, İsrail Misir vasitəsilə HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamağı təklif edib. Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalının məlumatına görə, Qahirə İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı artıq məlumatlandırıb. Artıq HƏMAS rəhbərliyi İsrail ilə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib. “Associated Press” agentliyi öz məlumatında qeyd edir ki, Qəzza zolağında atəşkəsin bərqərar olunması ilə bağlı keçirilməsi nəzərdə tutulan danışıqlar bu həftənin sonu və ya gələn həftə baş tuta bilər. Yeni sazişin anklavda hərbi əməliyyatlara son qoyulmasını təmin edib-etməyəcəyi sual altındadır. Xatırladaq ki, bundan əvvəl aprelin 12-də Qahirədə atəşkəslə bağlı danışıqlar keçirilib. Tərəflər HƏMAS-ın 8-10 girovu azad etməsini nəzərdə tutan yeni mümkün atəşkəs razılaşmasını müzakirə ediblər.
Ən çox Misir maraqlıdır
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada atəşkəsin elan olunması Misirə hava-su kimi lazımdır. Onun sözlərinə görə, Misir böyük humanitar böhranla üzləşmək istəmir. “Misirin öz strateji hədəfləri var. Şübhəsiz ki, Qəzzanı tərk etmək məcburiyyətində olan yerli əhalinin böyük əksəriyyəti Misirə üz tuta bilərlər. Bu, rəsmi Qahirəni çox narahat edir. Ona görə də bir il üç ay davam edən müharibə dövründə Misir Qəzza ilə sərhəd qapılarını bağlayaraq qaçqın kütləsinin qarşısını aldı. Düzdür, müəyyən bir dövr ərzində Qəzzada atəşkəs təmin edildi, amma bir müddət bundan əvvəl yenidən hərbi qarşıdurma başladı. Demək olar ki, Misir humanitar böhranla üz-üzə qalıb. Eyni zamanda, Misirin atəşkəs sazişi ilə bağlı təşəbbüsündə digər bir məsələ də nəzərə çarpır. Misir Qəzza zolağında daimi atəşkəsə nail olmaqla Yaxın Şərqdəki proseslərdə həlledici rol oynamaq niyyətindədir. Yəni Qahirə Yaxın Şərqdə öz təsir imkanlarını artırmaq istəyir”.
İnandırıcı görünmür
Qısa bir zamanda İsrail ilə HƏMAS arasında dayanıqlı atəşkəsin elan olunmasına gəlincə, A.Nərimanlı bunun qeyri-mümkün olduğunu bildirib: “Əgər belə bir atəşkəs elan olunacaqsa, bu, HƏMAS-a yenidən öz gücünü toplamağa və silahlı qüvvələrini səfərbər etməyə münasib imkan yaradacaq. İsrail isə bunu istəmir. Digər əsas məqam isə Misir tərəfindən təklif olunan atəşkəs sazişində HƏMAS-ın təmamilə tərk-silah olunması məsələsi qaldırılıb. HƏMAS bunu qətiyyətlə rədd edir və öz hərbi-siyasi mövcudluğunu davam etdirəcəyini bəyan edir. Bu baxımdan İsrail ilə HƏMAS arasında uzunmüddətli atəşkəs sazişinin imzalanması sual altındadır”.
İran əsas faktora çevrilir...
“Əgər İsrail HƏMAS ilə atəşkəsə razı olacaqsa, bu, birbaşa İsrailin Yaxın Şərqdə qarşıdakı dövrlərdə atacağı addımlarla bağlı olacaq. Sözsüz ki, burada ən önəmli məsələ İran faktorudur. Bildiyimiz kimi, İranın nüvə məsələsi ən aktual mövzulardan birinə çevrilib. Artıq ABŞ ilə İran arasında bu istiqamətdə danışıqlar başlayıb. Bu danışıqların İsrailin maraqlarına nə qədər uyğun olub-olmayacağı bəlli deyil. Danışıqlarda iştirak edən tərəflərdən biri İrandırsa, Tehranın maraqları mütləq nəzərə alınmalıdır. İsrail İranla danışıqların uzunmüddətli prosesə çevrilməsindən narahatdır. Çünki İsrail rəhbərliyi hesab edir ki, bu, İrana nüvə silahı əldə etməsi üçün zaman qazandıracaq. Hazırda İsrail daha çox İrana hərbi müdaxilə ssnerasi üzərində işləyir. Baş nazir Benyamin Netanyahunun ABŞ-a son səfərinin gündəliyində bu məsələ prioritet idi,” - deyə A.Nərimanlı vurğulayıb.
Türkiyə amili
Politoloq qeyd edib ki, İranın əsas hədəfə çevrildiyi bir zamanda İsrailin Türkiyə ilə qarşıdurmaya girməsi qeyri-mümkündür. “Həm İsrail, həm də ABŞ üçün Türkiyə ilə münasibətlər önəmlidir. Bildiyimiz kimi, son olaraq Bakıda İsrail ilə Türkiyə arasında danışıqlar aparılıb. Həmçinin Tramp Netanyahu ilə mətbuat konfransında İsraili Türkiyə ilə problemlərini diplomatik yolla həll etməyə çağırıb. Hətta Tramp iki ölkə arasında danışıqlara vasitəçilik etməyə hazır olduğunu da bildirib. İrana qarşı proseslərin getdiyi bir zamanda Türkiyə ilə qarşıdurmanın yaşanması İsrail üçün sərfəli deyil”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

