Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan-Aİ münasibətləri yeni müstəvidə

Azərbaycan-Aİ münasibətləri yeni müstəvidə

20.05.2025 [10:09]

Bakı etibarlı tərəfdaş qismində...

Azərbaycanın xarici siyasət kursu çoxvektorluluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Hazırkı həssas məqamda Azərbaycan mühüm bir coğrafiyada münbit iqtisadi şərait formalaşdırması ilə diqqəti cəlb etməkdədir - ölkəmizin coğrafi-tranzit imkanlarını, Şərq-Qərb ötürücülük qabiliyyətini önə sürməsi, qlobal münasibətlərin yeni mərhələsini yaratması, mühüm enerji dialoqu platforması formalaşdırması dəyərləndirilir. Xüsusilə, Avropa kontingenti artıq bölgənin lideri olaraq Azərbaycana münasibətdə daha rasional münasibəti ilə seçilir - Azərbaycan dövləti mühüm toplantılarda, fundamental enerji dialoqlarında, yeni nizamın formalaşdırılması yönündə müzakirələrdə əsas dövlətlərdən biri kimi qəbul olunur. Eyni halı bir neçə gün öncə Albaniyanın Tirana şəhərində baş tutan Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında da müşahidə etdik.

Avropa kontingentinin enerji təhlükəsizliyindəki mühüm rol...

İlk növbədə bu tədbirə ölkəmizin dəvət edilməsi Azərbaycanın Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü kimi meydana çıxır. Bu gün Azərbaycan geosiyasi, enerji, nəqliyyat sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi bir daha görünür və qəbul edilir. Vurğulandığı kimi, Avropanın hazırkı durumu, enerji tələbatının ödənilməsi yeni enerji təminatı məsələsini aktuallaşdırır - bu isə Azərbaycanın önəmini daha da qabarıq şəkildə ortaya çıxarır. Geosiyasi reallıqlar fonunda Avropa İttifaqı məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi ideyasını irəli sürən və bu layihənin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə təsdiqləyir. Hazırda Azərbaycan Avropa üçün yeni enerji təhlükəsizliyi təminatçısı sayılır. 2022-ci ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bu prosesdə xüsusi yerə malikdir. Qeyd edək ki, Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Bu mənada, bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir.

Digər tərəfdən, Azərbaycan da hər zaman Avropaya qaz ixracının həcmini artırmağa hazır olduğunu bildirir. Respublikamız  2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatlarına malikdir. Proqnozlaşdırılan ehtiyatlar isə bundan xeyli çoxdur. Azərbaycanda böyük həcmlərdə qaz hasilatına “Şahdəniz” yatağının istismarına start verilməsi ilə başlanıb. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb.

Aİ ilə Azərbaycan arasındakı enerji mübadiləsinin ən mühüm məqamlarından biri isə, qeyd edildiyi kimi  yaşıl enerjidir. “Yaşıl enerji” də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük “yaşıl enerji” potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin isə Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürülməsi nəzərdə tutulur. “Yaşıl enerji” dəhlizinin yaradılması Azərbaycanla Aİ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

Azərbaycan yeni iqtisadi münasibətlər sisteminin mühüm aktorudur...

Eyni fikirləri Azərbaycan ilə Aİ arasında nəqliyyat, daşımaçılıq imkanlarının araşdırılması ilə bağlı da bildirmək olar - bu gün real olaraq Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycan kontinental miqyasda iqtisadi-siyasi bağ kimi fərqli qütblər arasında inteqrasiyanı möhkəmləndirir. Aparılan siyasət isə açıq və şəffafdır - ölkəmiz milli maraqlar çərçivəsində yüksək iqtisadi dividendlərin əldə olunması üçün münbit zəmin yaradır. Təbii olaraq, Aİ də bu münbit zəmindən istifadə edərək yeni qlobal iqtisadi formasiyaya transfer olmaq niyyətindədir. Bəlkə də qəribə görünər - amma, Azərbaycanın iştirakı ilə yaranan yeni iqtisadi münasibətlər sistemi özünün mühüm ştrixləri ilə köhnə qitənin də inkişafına yeni rəng qatacaq. Beləliklə, Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın genişlənməsi üçün həm yeni imkanlar, həm də yeni müzakirə predmetləri mövcuddur. Bu əlaqələrin güclənməsi isə mühüm iqtisadi inkişafın aparıcı ünsürü kimi çıxış etməkdədir.

Münasibətlərdə yeni parametrlər...

Bir müddət əvvəl düşünülə bilərdi ki, Azərbaycanın Aİ ilə əlaqələri geriyə doğru gedir. Bunun səbəbi isə Aİ-nin əvvəlki administrasiyası tərəfindən Azərbaycana münasibətdə haqsızlığın ortaya qoyulması idi. Ancaq Azərbaycanın qəti mövqeyi bunun aradan qaldırılmasına səbəb oldu. Aİ-nin hazırkı strukturlarında tməsil olunan insanlar başa düşür ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqlə bağlı layihələrin realşlaşması üçün açar rolunu məhz Azərbaycan oynayır. Azərbaycan etibarlı tərəfdaşdır. Bu fakt Aİ-nin yeni rəhbər strukturlarının təmsilçilərinin ayrı-ayrı vaxtlarda Bakıya səfərləri zamanı da səsləndirilib - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Koştanın Prezident İlham Əliyev ilə telefon danışığı, Ursula Fon der Leyenin Antonio Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ nin Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunləridir. Qeyd edildiyi kimi, Aİ ilə Azərbaycan arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcrada inkişaf edir. Bir müddət əvvələ qədər Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına  çalışırdı - həmin vaxtlar Aİ-də bu cəhdləri dəstəkləyən qüvvələr də vardı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Artıq qurumla ölkəmiz arasında münasibətlər yeni parametrlər üzrə inkişaf etdirilir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

Gündəm

Siyasət

Xilaskarlıq missiyası

14 İyun 12:05  

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30