Ermənistan nüvə tullantıları təhdidi formalaşdırır
01.07.2025 [09:10]
İrəvan Parisin əli ilə Cənubi Qafqazın ekologiyasını çirkləndirməyə hazırlaşır
30 ilə yaxın bölgədə terror təhdidi formalaşdırmış, işğalçı siyasət yürütmüş Ermənistan indi də cənubi Qafqaza və ümumilikdə, regiona ekoloji təhdid yaradır. İşğal dövründə Azərbaycanın fauna və florasına qarşı barbar münasibət sərgiləmiş, meşələri yandırmış, çayları çirkləndirmiş Ermənistan bu dəfə daha təhlükəli bir addım atır - İrəvan Azərbaycanla sərhəd ərazilərə nüvə tullantılarının basdarılması ilə bağlı razılığa gəlib. Belə ki, “Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb.
Sövdələşmənin “mükafatı”...
Bəyanatda bildirilir ki, “Biz - “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi - “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk. Fransa mediasının məlumatlarına (https://courrierfrance24.fr/orano-envoie-secretement-des-dechets-dangereux-en-armenie-et-fait-des-dons-mysterieux-a-une-fondation-liee-au-premier-ministre-armenien) görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır”.
Fransa mediasının araşdırmaları göstərir ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb, ardınca Paşinyanın arvadı Anna Ankopyanın “Mənim Addımım” Fondunun hesabına bu sövdələşmənin mükafatı olaraq, fransız şirkətindən böyük məbləğdə şübhəli ianələr daxil olub.
Beynəlxalq aləmə çağırış...
Sənəddə göstərilir ki, nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür. Belə ki, 18 Atom Elektrik Stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi narahat etməlidir. “Biz Ermənistanın ekoloji təşkilatlarını da bu ekoloji terroru dayandırmaq üçün ayağa qalxmağa çağırırıq. Fransa-Ermənistan cütlüyünün Espoo Konvensiyasının, Biomüxtəlifliyin Qorunması haqqında Konvensiyanın, Transsərhəd Su Resurslarının İstifadəsi və Qorunması haqqında Helsinki Konvensiyasının tələblərinə meydan oxumasına son qoyulmalıdır. Ermənistan hakimiyyəti Fransa mediasında yayılmış məlumatları guya, “dezinformasiya” adlandırsa da, faktı yerində yoxlamağa imkan vermir. Biz - “Environmental Protection First (EPF)” Koalisiyası olaraq, baş nazir Nikol Paşinyanı Azərbaycan QHT-lərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digər beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə radiaktiv tullantılarla əlaqədar monitorinq aparmağa şərait yaratmağa çağırırıq”, - deyə bəyanatda əks olunur.
Vaxtilə Afrikanı “nüvə zibilliyi”nə çevirənlər...
Qeyd edilən məqam olduqca vacibdir - Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin bu məsələdəki qəti mövqeyi alqışlanasıdır. Ermənistanın Fransaya nüvə tullantılarını bizim coğrafiyaya daşıması üçün şərakit yaratması isə yolverilməz haldır - qeyd edək ki, bundan öncə də Ermənistan sərhəd yaxınlığında “dağ-mədən sənayesi” adı altında ekoloji təhdidlər yaratması etirazla qarşılanmışdı.
Fransaya gəldikdə isə, bu ölkə nüvə tullantılarını və radioaktiv zəhəri fərqli üsullarla “utilizasiya” edib. Məsələn, Fransanın Orano şirkəti (əvvəlki adı Areva) tərəfindən Nigerin Arlit bölgəsində 1978-2021-ci illər ərzində işlədilmiş mədən layihəsində təxminən 20 milyon ton radioaktiv qum və çöküntü yığılıb. Bu tullantılar açıq hava şəraitində saxlanılıb və radon kimi radioaktiv qazların yayılması, toz vasitəsilə əraziyə ziyan yaratması ilə əlaqədar narahatlıqlar yaradıb. Şirkət 2023-cü ildə bu tullantıları bərpa edəcəyini, iki metr qalınlığında suya davamlı örtük tətbiq edəcəyini və ən azı 5 il monitorinq aparılacağını bildirib.
1960-1967-ci illərdə isə Fransanın Əlcəzairin Səhra çölündə həyata keçirdiyi 17 nüvə partlayışının nəticəsində yaranan tullantılar və radioaktiv maddələr torpağa basdırılıb. Əlcəzair hökuməti və beynəlxalq təşkilatlar hələ də bu tullantıların yerinin gizlədildiyini bildirir. Əsas narahatlıq, bu sınaqların qoyduğu radioaktiv izlərin insana və ətraf mühitə uzunmüddətli təsir göstərməsidir. Əlcəzair hakimiyyəti Fransadan izahat tələb etməkdədir.
Fransanın bu addımları isə geniş etirazlara səbəb olub. Məsələn, Əlcəzair 2020-ci illərdən etibarən bu məsələni beynəlxalq tribunalara çıxarır. Niger vətəndaş cəmiyyəti və ekoloji təşkilatlar - o cümlədən “ROTAB”, “Aghir In’man”, “Greenpeace Africa” - Fransa şirkəti Oranonun Nigerin Arlit şəhərində 20 milyondan artıq ton radioaktiv tullantını açıq şəkildə saxlamasına etiraz bəyanatları yayıblar. 2023-cü ildə Orano Nigeri tərk etdikdən sonra ictimai narahatlıq daha da artıb: tullantıların “Fransanın mirası” kimi saxlanılması tənqid olunur. Eləcə də Afrika İttifaqı rəsmi səviyyədə radioaktiv və zəhərli maddələri Afrika ərazisinə daşımasına qadağa çağırışı səsləndirib.
Beləliklə, Fransanın indi də Ermənistanın əli ilə Cənubi Qafqazı “nüvə tullantıları bazası”na çevirməyə çalışması yolverilməzdir.
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

