Ukrayna sürətlə silahlanır
16.07.2025 [08:59]
ABŞ Avropa və Ukraynanın təhlükəsizliyi ilə bağlı siyasətini dəyişmək qərarına gəlib. Belə ki, yaxın zamanda Vaşinqton Avropadakı müttəfiqlərinə yeni müasir silahlar tədarük edəcək. Bu silahların ilk partiyası təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir. ABŞ-ın “Axios” agentliyinin məlumatına görə, Vaşinqtonun Avropa ölkələrinə tədarük edəcəyi silahlar birbaşa Ukraynaya ötürüləcək. Agentlik, həmçinin iddia edir ki, ola bilsin Avropa ölkələri ABŞ-ın tədarük etdiyi silahları özündə saxlayacaq, Ukraynaya isə öz arsenallarından köhnə silahlar verəcəklər. Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib ki, NATO-nun iyunun 24-26 - da Haaqada keçirilən sammitində ABŞ ilə alyansdakı müttəfiqlər arasında Ukraynaya ABŞ silahlarının ötürülməsi ilə bağlı razılıq əldə olunub - o, qeyd edib ki, bu silahların pulu müttəfiqlər tərəfindən ödəniləcək. Qərb KİV-ləri qeyd edirlər ki, rəsmi Kiyevə tədarük olunacaq ABŞ silahları Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək və rus ordusunun hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub. Tramp administrasiyasının Ukraynanı silahlandırmaq üçün planlaşdırdığı 300 milyon dollar dəyərində silah paketinə uzaqmənzilli ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və digər silah təchizatları daxildir.
Trampın hədəfi nədir?
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın Avropa və Ukraynanın müdafiəsi ilə bağlı qərarları iqtisadi-siyasi hədəflərə söykənib. “Üç-dörd ay bundan öncə ABŞ-Avropa münasibətlərində gərgin vəziyyət hökm sürürdü. Tramp Ağ Evə qayıtdıqdan dərhal sonra çıxışlarında açıq şəkildə bəyan edirdi ki, ABŞ bundan sonra Avropadakı müttəfiqlərinin müdafiəsinə maliyyə ayırmayacaq və Avropa ölkələrindən müdafiə xərclərinin artırılmasını tələb edirdi. Sözsüz ki, Trampın hər bir çıxışının arxasında müəyyən məqsədlər dayanır. Tramp istəyir ki, NATO-dakı müttəfiqlər ABŞ-dan silah-sursat tədarükünü artırsınlar. Trampın hazırkı addımlarına gəlincə, hesab edirəm ki, Ağ Evin rəhbərinin burada iki əsas hədəfi var. Birincisi, ABŞ-ın Avropanın silah bazarında mövqeyini gücləndirmək və Amerika hərbi sənayesinin gəlirlərini artırmaqdır. İkincisi, Rusiya üzərində təzyiqləri artırmaqdır. Düzdür, ABŞ-ın hazırkı administrasiyası Rusiya-Ukrayna müharibəsinin davam etməsinin tərəfdarı deyil və Ağ Ev münaqişənin həlli üçün yeni danışıqlar prosesinə təkan verdi. Lakin Tramp ilə Putin arasında baş tutan son telefon danışıqlarında ciddi bir nəticənin əldə olunmaması, xüsusilə Kremlin Vaşinqtonun çağırışlarına məhəl qoymaması və Ukraynada müharibəni davam etdirməkdə maraqlı olması Trampı Rusiyaya qarşı sərt addımlar atmağa vadar edir. Trampın Ukraynanı silahlandırmaqda əsas məqsədi Ukrayna ordusunun Rusiya qarşısında dirəniş göstərməsini təmin etmək deyil, cəbhədə rus ordusunu daha çox ağır itkilərə məruz qoymaqla Moskvanı danışıqlar masasına gətirməkdir. Tramp Rusiyaya 50 gün möhlət verib. Növbəti aylarda Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərəcək proseslərin baş verməsinin şahidi ola bilərik”.
Silahların ötürülməsinə Pentaqon nəzarət edəcək
“Ukraynaya ABŞ silahlarının ötürülməsi prosesinə Pentaqonun özü nəzarət edəcək. Düzdür, Pentaqon de-yure deyil, de-fakto səviyyəsində bu nəzarəti həyata keçirəcək. Çünki Vaşinqton bu müharibədə tərəf olmaq istəmir. Ona görə ki, Ukraynanın silahlandırılmasında açıq şəkildə iştirak etmək ABŞ-ın münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasına ciddi zərbə vura bilər. Ağ Ev Ukraynanı Avropa ölkələri vasitəsilə müdafiə və hücum xarakterli silahlarla təmin edəcək,” - A.Nərimanlı vurğulayıb.
Cəbhədə döyüşlər şiddətlənəcək
A.Nərimanlı əlavə edib ki, Rusiya və Ukrayna hücum əməliyyatlarını genişləndirəcək. “Böyük ehtimalla, Rusiya Ukraynada yeni ərazilər ələ keçirmək və danışıqlar masasında öz mövqeyini gücləndirmək üçün intensiv döyüş əməliyyatlarına baş vuracaq. Ukrayna isə qarşıdakı döyüşlərdə yeni silahlarla öz mövqelərini qorumaq və qarşı tərəf üzərində üstünlüklər qazanmağa çalışacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

