Rusiya-Ukranya müharibəsi yekunlaşmır?
23.08.2025 [13:23]
Moskva hücumlarını davam etdirir
Avqustun 15-də baş tutan Alyaska, avqustun 18-də keçirilən Vaşinqton görüşlərinin ardından Ukrayna - Rusiya müharibəsinin bitəcəyi ilə bağlı ümidlər yaransa da, son günlər yaşananlar fikirləri haçalamaqdadır. Belə ki, görüşlərin ardından münaqişə tərəfləri ilə təmasla bağlı fikir mübadilələri aparılsa da, sülhlə bağlı mövqelər açıqlansa da, gözlənilənlərin əksinə olaraq döyüşlər hələ də davam etməkdədir. Sülh gözlənildiyi halda raket hücumları daha da intensivləşib.
Hamı sülh gözləyir, Rusiya bombardman edir...
Bəli gözlənilənlərin əksinə olaraq cəbhədəki vəziyyət stabilləşmədi - əksinə, daha da kəskin hal aldı. Belə ki, Rusiya avqustun 19-na keçən gecə Ukraynaya qarşı indiyədək ən kütləvi hücumlarından birini həyata keçirib. Belə ki, hücumda 270 pilotsuz uçuş aparatı, beş ballistik və beş qanadlı raketdən istifadə edilib. Hücumlarda strateji aviasiya da iştirak edib. Rəsmi açıqlamaya əsasən, hava hücumundan müdafiə qüvvələri əksər hədəfləri məhv edə bilsə də, 40-dan çox zərbə qeydə alınıb. Xüsusilə “X-101” tipli qanadlı raket və üç “İsgəndər-M” ballistik raketi hədəflərinə çatıb. Məlumatlara görə, ən güclü zərbələr Poltava vilayətinə, xüsusən də Kremençun şəhərinə endirilib.
Vilayətin hərbi administrasiyasının rəhbəri Vladimir Koqutun sözlərinə görə, hücum nəticəsində 1,5 mindən çox insan işıqsız qalıb.
Avqustun 20-də isə Sumı vilayətinə zərbə endirilib - hucumda istifadə edilən 93 dron və 2 raketdən 62 dron və 1 raket vurulub. Hücum nəticəsində ən azı 14 nəfər yaralanıb. Odessa bölgəsində isə enerji obyektləri hədəfə alınıb, enerji infrastrukturuna ziyan dəyib.
Rusiya ordusu avqustun 21-i gecə saatlarında yenidən Ukraynaya kütləvi hücum həyata keçirib. “RBK-Ukrayna”nın məlumatına görə, partlayışlar həm şimal, həm də mərkəzi bölgələrdə eşidilib. Ukraynanın Sumı, Dnepropetrovsk, Zaporojye, Lvov və digər vilayətlərindəki obyektlər hücuma məruz qalıb. Hücumlar zamanı “Kinjal”, “Kalibr” raketləri və “Şahed” dronlarından, həmçinin uzaqmənzilli “X-101” qanadlı raketlərinin daşıyıcısı olan “Tu-95MS” və “Tu-160” strateji bombardmançı-raket daşıyıcı təyyarələrindən istifadə edilib. Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində PUA-nın qaz kompressor stansiyasına zərbə endirdiyi də iddia edilir, hadisə yerində yanğın baş verib.
Avqustun 21-də həyata keçirilən genişmiqyaslı hava hücumu zamanı isə raketlərdən biri ABŞ-ın elektronika istehsalı zavoduna düşüb. Bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa “X” hesabında yazıb. “Raketlərdən biri ABŞ-a məxsus böyük elektronika istehsalı zavoduna düşüb, bu da ciddi zərər və insan tələfatına səbəb olub. Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan tamamilə mülki obyektdir. Bu, Rusiyanın ilin əvvəlində Kiyevdəki “Boeing” ofislərinə zərbələrindən və digər hücumlarından sonra Ukraynadakı ABŞ müəssisələrinə qarşı daha bir hücumudur”, - o yazıb.
Nazirin, ondan əvvəl isə Zakarpatye vilayəti dövlət və hərbi administrasiyasının rəhbəri Miroslav Biletskinin paylaşdığı foto və videolardan göründüyü kimi, söhbət “Fleks Ukrayna” (Mukaçevo) şirkətindən gedir. Bu şirkət elektronika istehsalı və dizayn sahəsində dünya liderlərindən biri olan “Flextronics”ə məxsusdur.
Göründüyü kimi, hücumların həm miqyası, həm də sayı sülh danışıqlarından əvvəlki dövrə nisbətən daha da artıb. Bu isə prosesin müsbət notlarda bitəcəyinə şübhə yaradır.
Görüş baş tutmaya bilər?
O ki qaldı, ikitərəfli və ya üçtərəfli formatda görüşlə bağlı planlara, bununla bağlı artıq bir neçə gündür ki, dünya KİV-ləri müəyyən iddialar irəli sürürlər. Əvvəlcə avqustun 22-də keçirilməsinin nəzərdə tutulduğu bildirilsə də, sonradan tarix avqust ayının axırına kimi “təxirə salındı”. Hətta Budapeşt, Cenevrə, Roma, İstanbul kimi şəhərlər görüş ünvanı kimi açıqlanmışdı. Amma proseslərin inkişafı göstərir ki, Rusiya tərəfi görüşün baş tutmasına can atmır - bunu təsdiqləyən faktlar var. Belə ki, avqustun 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putin-Zelenski görüşünü mümkünsüz adlandırmışdı. Lavrov bildirmişdi ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Rusiya XİN rəhbəri bildirmişdi ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.
Dünən isə Sergey Lavrov Hindistanın XİN rəhbəri ilə birgə mətbuat konfransında görüşlə bağlı fikirlərini yenidən bölüşüb. O, Vladimir Putinin Volodimir Zelenski ilə yalnız ali səviyyədə müzakirə olunacaq məsələlərin tam hazırlandığı halda görüşə razılıq verəcəyini bildirib. Nazirin sözlərinə görə, hazırda ekspertlər və nazirlər mümkün görüş üçün müvafiq tövsiyələr hazırlayır. O əlavə edib ki, əgər Ukrayna ilə saziş imzalamaq gündəmə gələrsə, Kiyev tərəfdən imza atanların legitimliyi ciddi sual altında olacaq.
Lavrov həmçinin Ukraynanın mövqeyinin Donald Trampın sülh təşəbbüslərini pozmağa yönəldiyini iddia edib. O, Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin münaqişənin həllində ciddi irəliləyişlərə yol açdığını, lakin “istəkli koalisiyası”nın fəaliyyətinin bu prosesə əngəl törətdiyini vurğulayıb.
Kremlin əsl rəhbəri kimdir?
Lavrovun bu açıqlamasına Avropanın cavabı daha sərt olub. Belə ki, Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus açıqlama verib.
O, “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra Rusiya arici şlər naziri Sergey Lavrov Putinin dediklərini açıq şəkildə təkzib edirsə, o halda Putinin Kremlin əsl rəhbəri olub-olmaması sual altına düşür:
“Kremlə kim rəhbərlik edir: Putin, yoxsa Lavrov? Putinin Trampa ikitərəfli görüşdə verdiyi vədləri Lavrov ictimai şəkildə inkar edirsə, necə onunla danışıqlar aparmaq olar? Bəlkə də Kremlə əslində Putin deyil, başqası rəhbərlik edir?”.
Kubilyusun bu açıqlaması Qərbdə Rusiya hakimiyyəti daxilindəki ziddiyyətlər mövzusunu gündəmə gətirib. Analitiklər hesab edirlər ki, Putinin Tramp ilə görüşündə səsləndirilən bəyanatların Lavrov tərəfindən inkarı Kremlin daxilində ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
