Kəşfiyyatçı Kinqin müəmmalı taleyi
18.08.2023 [11:30]
Bu günlərdə dünya mediasının diqqəti müəmmalı şəkildə Şimali Koreyaya qaçmış ABŞ hərbçisinə yönəlib.
Onun qaçaq yolla Şimali Koreyaya keçməsindən bir ay ötsə də, Kim Çen In rejimi ilk dəfədir bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 18-də Cənubi Koreyada ekskursiyada olan ABŞ-ın ikinci dərəcəli sıravi kəşfiyyatçısı Trevis Kinq sərhəd xəttini qeyri-qanuni keçib və Şimali Koreya ərazisinə daxil olub. Pxenyanın yaydığı rəsmi bəyanatda qara dərili Trevis Kinqin “ABŞ ordusunda qeyri-insani, qəddar rəftar və irqi ayrı-seçkilikdən” narazı olduğu üçün sərhədi keçmək qərarına gəldiyi bildirilir.
“O, ABŞ-a qayıtmaq istəmir”
Pxenyanın dövlət mərkəzi informasiya agentliyi (KCNA) xəbər verir ki, ötən ay Şimali Koreyaya qaçmış ABŞ əsgəri Amerika cəmiyyətindəki bərabərsizlikdən, irqi ayrı-seçkilikdən məyus olduğu üçün bu addımı atmaq qərarına gəlib. Məsələnin maraqlı tərəfi odur ki, hərbçinin Şimali Koreya ərazisinə keçib-keçməməsi barədə ABŞ tərəfi bir aydır bu ölkəyə sorğu göndərsə də, rəsmi Pxenyan onun haqqında hər hansı açıqlama verməkdən imtina edib. Pxenyandan açıqlama gələndən sonra “Vaşinqton Post” yazır ki, “bu, Kim Çen hakimiyyəti tərəfindən məlum hadisənin ilk ictimai etirafı sayıla bilər”.
Şimali Koreyanın dövlət informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ hərbi kəşfiyyatçısı dindirilmə zamanı müstəntiqlərə ölkəsinə qayıtmaq istəmədiyini, Şimali Koreyada, yaxud mümkün olarsa, başqa ölkədə sığınacaq almaq üçün müraciət etmək istədiyini bildirib.
“Vaşinqton Post” yazır ki, Şimali Koreyanın verdiyi açıqlamada sərhədi qanunsuz keçdiyinə görə ABŞ hərbçisinin Pxenyan tərəfindən məhkəməyə çıxarılıb-çıxarılmayacağı qeyd olunmayıb. Şimali Koreya mediası hazırda Kinqin sağlıq durumu və azad edilib-edilməyəcəyi ilə bağlı da hər hansı məlumat verməyib. Ölkə qapalı rejimdə idarə olunduğundan real vəziyyəti müstəqil mənbələrin köməyi ilə yoxlamaq da mümkün deyil.
ABŞ Müdafiə Nazirliyi isə bildirib ki, Pxenyanın Kinqlə bağlı açıqlamalarının düzgünlüyünü yoxlaya bilmir. Buna baxmayaraq Ağ Ev hərbçinin vətənə qayıtmasını təmin etmək üçün bundan sonra da səy göstərəcək. Bu barədə mediaya Pentaqonun sözçüsü Martin Miners bildirib. ABŞ Silahlı Qüvvələrindən verilən məlumatda isə deyilir ki, Kinq yanlışlıqla yox, “bilərəkdən və icazəsiz” Şimali Koreya ərazisinə keçib.
Şimali Koreyaya sığınan amerikalı
ABŞ ordusunun sıravi kəşfiyyatçısı 23 yaşlı Trevis Kinq xuliqanlıq ittihamı ilə Cənubi Koreya həbsxanasında iki aya yaxın cəza çəkib. O, azadlığa buraxıldıqdan sonra ABŞ-a qayıtmalı olduğu təyyarəyə “gecikib” və həmin saatlardan yoxa çıxıb. İyulun 18-də hərbçinin Şimali Koreyanın sərhədini keçdiyi məlum olub. Bildirilir ki, Kinq ABŞ Ordusu sıralarında 2021-ci ildən xidmət edir. O, 2-ci dərəcəli Zirehli Diviziyada sıravi kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Daha sonra Kinqin müəmmalı qaçışı barədə yeni təfərrüatlar məlum olub. “Vaşinqton Post” yazır ki, ötən ay həbsdən çıxan Kinq Şimali və Cənubi Koreya sərhədində yerləşən silahsızlaşdırılmış zonada tura qatılıb. Tur zamanı o, qəfildən sərhəd xəttini keçərək Şimali Koreya ərazisinə daxil olub. Həmin hadisədən sonra onun haqqında heç nə bilinməyib.
Vaşinqton Şimali Koreya ilə rəsmi əlaqə saxlamadığından diplomatlar “qaçaq hərbçini” geri qaytarmaq üçün Pxenyandakı İsveç səfirliyi ilə işləyirlər. Xatırladaq ki, Kinq son 5 ildə Şimali Koreyada saxlanan ilk ABŞ vətəndaşıdır.
ABŞ və Koreya Koreyaya qarşı Qərbli analitiklər məsələnin xeyli narahatedici olduğu barədə fikirlər səsləndirirlər. Ekspertlərin rəyincə, Kim Çen İn rejimi Trevis Kinq olayından Bayden administrasiyasına qarşı “kozır” kimi istifadə edə bilər. Məlum olduğu kimi, Pxenyanla Vaşinqton arasında diplomatik münasibətlər ABŞ-ın Şimali Koreyaya tətbiq etdiyi sanksiyalara görə uzun müddətdir dondurulub.
ABŞ mətbuatının yazdığına görə, Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Sunq Kyunq ABŞ-ı “ölkələr arasında nifaq yaratmaq və insan hüquqları uğrunda mübarizə şüarından siyasi məqsədlər üçün yararlanmaq” cəhdlərinə görə tənqid edib. Məqalədə o da bildirilir ki, Şimali Koreya rəsmisi Vaşinqtonu “irqçilik, silahlı zorakılıq, uşaq istismarı və məcburi əmək” kimi ittihamlar da daxil olmaqla əsas insan hüquq və azadlıqlarını pozmaqda günahlandırıb.
Qərb mediası bu bəyanatların həftənin sonunda BMT Təhlükəsizlik Şurasının Vaşinqtonun təşəbbüsü ilə çağırılacaq Şimali Koreyada “insan hüquqlarının pozulmasına” dair iclasından əvvəl verildiyinə diqqət çəkib. Üstəlik, gələn həftə ABŞ və Cənubi Koreya hərbi qüvvələrinin irimiqyaslı birgə hərbi təlimlərə başlayacağı barədə də məlumat yayılıb. Sözsüz ki, ABŞ-ın bu cəhdləri gərgin münasibətdə olduğu Şimali Koreyanı yenidən qəzəbləndirib. Belə bir vaxtda amerikalı hərbçinin Şimali Koreya ərazisində saxlanması iki ölkə arasındakı uçurumun daha da dərinləşəcəyindən xəbər verir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

