Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar
18.02.2025 [15:24]
Bakıda səfərdə olan Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, Sinqapur Milli Universitetinin professoru Sun Teck Tan, Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasının (SASMO) prezidenti Henry Ong, həmçinin SASMO Azərbaycan və Türkiyə Olimpiada Mərkəzinin rəhbəri Ədalət Məmmədqasımov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qonaqları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. H.Hüseynov rəhbərlik etdiyi kitabxananın bu il 100 yaşının tamam olduğunu, burada müxtəlif elm sahələrinə aid nadir nəşrlərin mühafizə edildiyini, həmçinin 46 ölkənin 127 təşkilatı və 80 elmi jurnalı ilə uğurlu əməkdaşlıq qurulduğunu bildirib. Direktor Sinqapurun elmi kitabxanaları ilə əlaqələrin genişləndirilməsinin, qabaqcıl təcrübənin və müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərin öyrənilməsinin, yeni əməkdaşlıqların qurulmasının və kitab mübadiləsinin genişləndirilməsinin MEK üçün önəmli olduğunu vurğulayıb.
Qonaqlar isə öz növbəsində təmsil etdikləri müəssisə barədə ətraflı məlumat verərək əməkdaşlıq təkliflərini irəli sürüblər.
Daha sonra qonaqlar kitabxananın iş prosesi və fondları ilə yaxından tanış olublar. MEK-in Qarabağ müharibəsi qəhrəmanları, Nadir kitablar, Diplomatik fondları, oxu zalları ziyarət edilib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan Qarabağ müharibəsi qəhrəmanları fondunun əsas məqsədləri, fəaliyyəti və burada mövcud olan nəşrlər, guşələr haqqında ətraflı məlumat alıblar. Bundan əlavə, qonaqlar Respublikada XVI əsrə aid ən qədim kitab, nadir və qiymətli nəşrlər, həmçinin diplomatik nümayəndəliklər tərəfindən MEK-ə hədiyyə edilən ədəbiyyatlarla tanış olublar. Görüş zamanı qonaqlar MEK-də Sinqapur guşəsinin də yaradılmasını təklif ediblər.
Kitabxana ilə tanış olan qonaqlar burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22

