“Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib
11.06.2025 [16:21]
İyunun 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm bir addımdır. Çünki Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif etnik azlıqların və dini icmaların bir arada yaşaması və bərabər hüquqlara malik olması məqsədilə vacib hüquqi və sosial addımlar atılıb. Bu addımlardan ən önəmlisi 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması idi. Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. O vurğulayıb ki, Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirir, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirməkdədir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkədə yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunmasına, onların azad şəkildə öz mədəniyyətlərini, dillərini və ənənələrini yaşatmasına zəmanət verən əsas hüquqi sənəddir. Konstitusiyada təsbit olunmuş multikultural dəyərlər Azərbaycanın tarixindən, onun çoxmillətli və çoxkonfessiyalı cəmiyyət quruluşundan qaynaqlanır. Akademik qeyd edib ki, Azərbaycan dövləti etnik və dini müxtəlifliyi milli sərvət kimi qəbul edir və bu müxtəlifliyin qorunması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Kamal Abdulla vurğulayıb ki, Konstitusiyada vətəndaşların bərabərliyi prinsipi yalnız hüquqi norma deyil, həm də praktikada öz əksini tapan mühüm bir dəyərdir. Bu prinsipin həyata keçirilməsi sayəsində ölkədə yaşayan bütün millətlərin nümayəndələri özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edir, ictimai-siyasi, elmi-mədəni həyatın bütün sahələrində fəal iştirak edirlər. O, həmçinin bildirib ki, bu gün Azərbaycanın müxtəlif beynəlxalq platformalarda multikulturalizm modelini təbliğ etməsi və bu sahədə dialoqlara ev sahibliyi etməsi məhz Konstitusiyanın təməl prinsiplərinə söykənir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavini Musa Qasımlı çıxışında qeyd edib ki, Konstitusiya ölkənin siyasi sabitliyinin və demokratik inkişafının əsas hüquqi çərçivəsini müəyyənləşdirir və burada əks olunan multikultural dəyərlər tarixən formalaşmış milli birlik və tolerantlıq ənənələrinin davamıdır. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, Konstitusiya azadlıq və tolerantlıq prinsiplərinin dövlət siyasətinə çevrilməsini təmin edir və bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırır.
Milli Məclisin deputatları Tural Gəncəliyev, Mixail Zabelin Azərbaycan cəmiyyətində multikultural dəyərlərin möhkəmlənməsində parlamentin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə insan hüquqlarının qorunması sahəsində Konstitusiyanın əsas rolunu diqqətə çatdırıb və bildirib ki, bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski çıxışlarında qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Əliyev də çıxışlarında bildiriblər ki, Azərbaycanın Konstitusiyası milli-mədəni dəyərlərin qorunmasına, dini və etnik müxtəlifliyin inkişafına imkan verən hüquqi baza yaradır və bu da dövlətin multikulturalizm siyasətinin davamlılığını təmin edir.
Konfransda “Heydər Əliyev və Azərbaycan Multikulturalizmi” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

