Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ASCO 2025-ci ildə zərərsizləşdirdiyi tullantıların həcmini açıqlayıb

ASCO 2025-ci ildə zərərsizləşdirdiyi tullantıların həcmini açıqlayıb

05.02.2026 [21:54]

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2025-ci ilin nəticələrinə görə, ASCO gəmilərindən 125,8 m³ plastmas, 582,2 m³ qida qalığı, 613,5 m³ məişət tullantısı, 47,9 m³ istismar tullantısı, 198,2 m³ neft qalığı-şlam, 3723,2 m³ döşəməaltı lyal su, 96752,5 m³ məişət təsərrüfat çirkab su təcrübəli mütəxəssislərə və sertifikasiyalı qurumlara təhvil verilərək ərazilərimizdən kənarlaşdırılıb.

Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 19,5 ton yanmış qəlib qumu, 1878,4 ton abraziv, 76231 ton məişət çirkab suyu, 1550,9 ton neftli döşəməaltı-lyal su, 203 ton sürtkü yağı, 5075,7 m³ məişət tullantısı, 647,2 m³ qida qalığı, 220,8 m³ polimer əsaslı və plastmas tullantı, 143,3 m³ yağlı və neftli tullantı, 111,3 m³ rezin tullantı, 204,6 m³ istismar tullantısı, 0,13 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Ötən il ümumilikdə 0,78 ton kağız, 0,58 ton plastmas, 20,3 ton metal təkrar emala göndərilib.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28