Ortaq biznes platforması
06.02.2026 [10:17]
Azərbaycan-Özbəkistan Biznesmenlər Şurası sahibkarlar arasında birgə hədəflərə çatmaqda əlaqələndirici rol oynayacaq
Özbəkistan və Azərbaycan hökumətləri iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək, birgə investisiya layihələrini təşviq etmək məqsədilə Biznesmenlər Şurası yaradacaq. Hər iki tərəfin müvafiq qurumları yeni təsisatın qurulması üçün zəruri texniki və hüquqi məsələləri həll etməkdədir. Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov bildirib ki, Biznesmenlər Şurası biznes nümayəndələri arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin edəcək İşgüzar Şura rolunu oynayacaq. Şura biznes sektorunun üzvlərinin üzləşdiyi texniki çətinliklərin və hüquqi məsələlərin operativ şəkildə həlli, institusional dəstəyin göstərilməsi, sahibkarların biznes planlarının realizasiyası və s. istiqamətlərdə çevik və təsirli addımların atılmasına dəstək verəcək.
B.Aşrafxanovun sözlərinə görə, Azərbaycan və Özbəkistanın müvafiq qurumları son illərdə iqtisadi təmasları artırmaq üçün sıx işləyir. Ali Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya və digər strukturlar dövlət və özəl sektorun təmsilçilərinin biznes layihələrinin icrasında əlaqələndirici rol oynamaqdadır. Həm Özbəkistanda, həm də Azərbaycanda ikitərəfli və çoxtərəfli iqtisadi tədbirlərin sayı artmaqdadır. Bunun nəticəsidir ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlərin dinamikası davamlı şəkildə artmaqdadır. Eləcə də qarşılıqlı sərmayə yatırımlarının məbləğində artımlar müşahidə edilməkdədir. Tərəflər arasında müəyyən edilmiş hədəf investisiya müəssisələri və biznes dairələri arasında birgə layihələrin həyata keçirilməsi sayəsində sərmayə paketinin həcmini 10 milyard dollara çatdırmaqdır. Bu prosesdə iri şirkətlər və investisiya korporasiyaları ilə yanaşı, kiçik və orta biznes icmasının da sərmayə təşviqinə cəlb edilməsinə ehtiyac var. Bu baxımdan Biznesmenlər Şurası bu funksiyanı öz üzərinə götürərək ticarət-sənaye palataları və sahibkarlar assosiasiyalarının xətti ilə koordinasiyanı təmin edəcək, investisiya paketinin formalaşdırılmasına töhfə verəcək.
İnvestisiya Şirkətinin davamçısı
Azərbaycan və Özbəkistan son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib və tərəflər sərmayə təşəbbüslərini artırmaq üçün ortaq maliyyə institutları yaratmaqdadır. Tərəflər arasında imzalanan “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi”, eləcə də digər mühüm sənədlər bu istiqamətdə xüsusi əhəmiyyətə malikdir. Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.
İki il əvvəl “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” 2022-ci il 21 iyun tarixli Bəyannaməni və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi haqqında” Sazişə əsasən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti təsis edilib. Yeni qurum 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməni təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Bu, ilkin maliyyə kapitalıdır və qarşıdakı illərdə layihələrin və iqtisadi prioritetlərə uyğun nizamnamə fondunun artırılması nəzərdə tutulur. Hüquqi şəxs statusuna malik Şirkət müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və öhdəliklər götürmək, məhkəmədə, arbitrajda və münsiflər məhkəməsində iddiaçı və cavabdeh olmaq hüququna malikdir.
Hədəf sərmayə paketini 10 milyard dollara çatdırmaqdır
2024-cü ildə Daşkənddə fəaliyyətə başlayan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin fəallaşdırılmasını təşviq etməkdədir. Şirkətin strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşının olması şərtilə, qarşılıqlı maraq doğuran mövcud və yeni yaradılmış təsərrüfat subyektlərinin nizamnamə kapitalında minoritar payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarının və digər qiymətli kağızlarının əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı da nəzərdə tutulur ki, bu da şirkətə mühüm maliyyə institutu funksiyasının səlahiyyətlərinin verilməsi deməkdir. Bu qurumun nizamnamə kapitalı layihələrə investisiya qoyulduqca artırılacaq və birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələrə daha çox dəstək verəcək. Əsas prioritet idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqidir ki, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur, çünki yerli istehsal qarşılıqlı mübadilə olunmaqla iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına da töhfə verəcək və başqa dövlətlərdən mal asılılığını azaldacaq.
Yeni təsisatın - Biznesmenlər Şurasının yaradılması İnvestisiya Şirkətinin davamçısı olmaqla, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın artırılmasına töhfə verə bilər. Yeni qurumun fəaliyyətə başladıqda sahibkarlar arasında ortaq iqtisadi platformaya çevriləcək, birgə layihələrin reallaşması və sərmayə hədəflərinə çatmaqda əlaqələndirici rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18

