Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünya rekordçusu olan atlet 4 il müddətinə diskvalifikasiya edilib

Dünya rekordçusu olan atlet 4 il müddətinə diskvalifikasiya edilib

06.02.2026 [20:12]

16 kilometr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi olan keniyalı atlet Bernard Kibet antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.

AZƏRTAC TASS Agentliyinə istinadən xəbər verir ki, araşdırmalara əsasən, 26 yaşlı idmançının 2024-cü ilin yayında qan nümunələrində kəskin dəyişikliklər qeydə alınıb və bu, dopinqdən istifadə şübhələrinə səbəb olub.

Dəyişikliklərin “Paris-2024” Yay Olimpiya Oyunları dövrünə təsadüf etdiyi bildirilir və bu səbəbdən Kibetinin 10 kilometr məsafəyə qaçışda tutduğu nəticəsi (5-ci yer) ləğv edilib. Atlet ittihamları qəbul etməsə də, tibbi ekspertlər onun izahatlarını inandırıcı olmadığını düşünürlər.

Qeyd edək ki, Bernard Kibet 2022-ci ildə Yaponiyada keçirilən yarışda 16 kilometr məsafəni 44 dəqiqə 4 saniyəyə qət edərək dünya rekordu müəyyənləşdirmişdi.

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30