Uzunmüddətli münaqişəyə baxmayaraq, sülh mümkündür
09.02.2026 [16:10]
İstər Qərb, istərsə də Şərq dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycanın xarici siyasətinin prioritet xəttini təşkil edir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri, Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı Azərbaycanın həm ikitərəfli əlaqələrinin hazırkı inkişaf səviyyəsinin, həm də sülh siyasətinə beynəlxalq dəstəyin aydın mənzərəsini təqdim etdi.
Azərbaycan ilə BƏƏ əlaqələrinin əsası 1991-ci ildə qoyulub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan reallıqlarının, həmçinin regionda dayanıqlı sülhün təmin edilməsinə töhfələrinin təqdimatı kimi dəyərləndirilir. Tarixi sülh razılaşması Azərbaycanın tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh təklifinin reallığa çevrilməsi istiqamətində atdığı ardıcıl addımların uğurlu nəticəsidir. Dövlətimizin sülh quruculuğu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Prezident İlham Əliyev mükafatın təqdimolunma mərasimində bildirdi ki, bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
O da qeyd edildi ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.
Azərbaycan sülhə, birliyə, əməkdaşlığa çağırışları ilə hər zaman diqqətdədir. Ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələr davamlıdır. Ümumilikdə multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir. Ölkəmizin zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun məkanı edib. Azərbaycanda bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Hazırda bütün dünyaya Azərbaycan multikulturalizm modelini təqdir edir.
Dövlətimizin başçısı İlham Əliyevin sözügedən ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin beynəlxalq ictimaiyyətə təqdim olunması deməkdir. Təqdimolunma mərasimindəki çıxışlarda bu reallıq bir daha diqqətə çatdırıldı ki, dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. İstənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq əsasında siyasi və diplomatik vasitələrlə həllinə çağırışlar edildi. Bildirildi ki, bu gün xalqlarımızın ümumi əmin-amanlığını və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir. Bu əminlik də ifadə edildi ki, bu cür nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcək.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22

