Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb

Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb

10.02.2026 [11:19]

Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksi ötənilki səviyyəyə uyğun olaraq 5,6 faiz artırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 10-da keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

O bildirib ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir: "Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər və pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".

Paylaş:
Baxılıb: 292 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30