Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat elan edilib

Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat elan edilib

10.02.2026 [13:14]

Dövlət İmtahan Mərkəzi (DİM) martın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BA və BB vəzifə qruplarına uyğun imtahan saat 10:00-da, AB, AC vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanacaq. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 1-dək aparılacaq.

İmtahan vermək istəyənlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıldır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Paylaş:
Baxılıb: 330 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30