Azərbaycan – ABŞ strateji əməkdaşlığında yeni dönəm
12.02.2026 [14:46]
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey D. Vens birgə mətbuat konfransı üçün bir araya gəldilər və dünyanı maraqlandıran bəyanatlar verdilər.
Dövlət başçısı ilk olaraq iki ölkə arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xüsusi olaraq vurğuladı. Bu sənəd altı aydan artıq davam edən danışıqların nəticəsi olaraq hazırlanıb və Azərbaycanın gələcək əməkdaşlıq strategiyasını müəyyən edən əsas çərçivədir.
Prezident İlham Əliyevin sözlərinə görə, bu Xartiyanın imzalanması yalnız rəsmi sənəd deyil, həm də Azərbaycan və ABŞ arasında etimadın daha da möhkəmlənməsinin göstəricisidir. Dövlət başçısı bunu Azərbaycan üçün böyük önəm daşıyan bir addım kimi qiymətləndirdi və ABŞ-ı dünyanın ən qüdrətli ölkəsi adlandırdı. Bu tərəfdaşlığın geniş perspektivlər açdığını, təhlükəsizlikdən tutmuş iqtisadi inkişaf və enerji məsələlərinə qədər bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaratdığını söylədi.
Prezident İlham Əliyevin fikrincə, bu əməkdaşlıq çərçivəsində təhlükəsizlik və anti-terror sahələrində ciddi addımlar atılacaq, insanların rahatlığı və bölgədə sabitlik təmin ediləcək. O, Xartiyanın yalnız dövlətlər arasında münasibətləri deyil, həm də bu münasibətlərin reallaşdırılmasını təmin edən praktiki mexanizmləri əhatə etdiyini vurğuladı.
Azərbaycanın enerji sahəsindəki roluna da geniş toxunan dövlət başçısı, ölkəmizin təbii qaz resurslarının dünya bazarına çıxarılması işində strateji tərəfdaşlarla birgə çalışdığını bildirdi. ABŞ ilə əməkdaşlığın bu sahədə əlavə imkanlar yaradacağını və regional enerji təhlükəsizliyinə töhfə verəcəyini ifadə etdi.
Prezident İlham Əliyev çıxışında həmçinin bildirdi ki, bu tərəfdaşlıq prosesi təkcə iki dövlətin əlaqələrindən ibarət deyil, eyni zamanda regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. O qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülh şəraiti artıq müəyyən olunub, və bu, region üçün vacib bir mərhələdir. Bu prosesin reallaşmasında ABŞ-ın vasitəçiliyi və dəstəyi xüsusi əhəmiyyət kəsb edir və Dövlətimizin başçısı bu dəstəyə görə minnətdarlığını bildirdi.
Vitse-prezident Cey D. Vens də öz çıxışında Azərbaycan və ABŞ arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını dedi. O vurğuladı ki, bu günkü görüş iki ölkənin strateji maraqlarının və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün göstərilən iradənin təzahürüdür. Cey D.Vens əməkdaşlığın yalnız diplomatik sahə ilə məhdudlaşmayacağını, eyni zamanda iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində davam edəcəyini vurğuladı.
Bu mətbuat konfransı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq arenada mühüm tərəfdaşlarla əlaqələrini gücləndirir və gələcəyə baxan, dinamik münasibətlər qurur. Strateji Tərəfdaşlıq Xartiyası bu münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir və qarşıdakı illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə dair ciddi siqnallar verir.
Nəticə etibarilə, Fevralın 10-dakı görüş yalnız rəsmi bir hadisə olmaqla qalmayıb, həm də Azərbaycanın xarici siyasət strategiyasında yeni bir səhifənin açıldığını, ABŞ ilə əlaqələrin strateji səviyyədə yüksəldiyini göstərir. Bu əməkdaşlıq həm iki ölkənin, həm də regionun inkişafına, sülh və təhlükəsizliyinə müsbət təsir göstərəcəkdir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

