YAP Qusar rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
12.02.2026 [22:05]
1993-cü ilin 14 fevral tarixində Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı təsis olunmuşdur. YAP Qusar rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar geniş tərkibdə tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun bir sıra idarə və müəssisə rəhbərləri, partiya veteranları, ziyalılar və gənc partiya üzvləri iştirak etmişdir.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Qusar rayonunda yerləşən “Şəfa” İstirahət Mərkəzində davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov Partiyanın tarixi, hazırda 6521 nəfər üzvü öz ətrafında birləşdirən rayon təşkilatının təsis olunması, ötən 33 illik fəaliyyəti haqqında məlumat verib. Sədr çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə mürəkkəb ictimai-siyasi şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunub və qısa müddət ərzində ümumxalq partiyasına çevrilib. Qeyd edilib ki, partiya hər zaman milli maraqları, dövlətçilik prinsiplərini və xalqın rifahını əsas prioritet kimi müəyyənləşdirib. Partiyanın Qusar rayon təşkilatı da ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında mühüm rol oynayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bütün partiya üzvlərini və veteranlarını, YAP Qusar rayon təşkilatının kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib. Deputat qeyd edib ki, 1992-ci ildə dövlət müstəqilliyinin ciddi təhlükə qarşısında qaldığı bir dövrdə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək ölkədə sabitliyin, qanunun aliliyinin və dövlətçilik prinsiplərinin bərpasında mühüm rol oynayıb. Çıxışında YAP Qusar rayon təşkilatının tarixindən bəhs edən deputat qeyd edib ki, partiyanın yaradıldığı ilk illərdə təsis olunan yerli təşkilatlardan biri olan rayon təşkilatı partiyanın siyasətini yerli səviyyədə uğurla həyata keçirir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov YAP Qusar rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə təşkilatın kollektivini, bütün üzvlərini və partiya veteranlarını təbrik edib. İcra başçısı partiyanın yaranmasının tarixi zərurətdən irəli gəldiyini bildirib, ölkədə sabitliyin və inkişafın təmin olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası bu gün ölkədə aparıcı siyasi qüvvədir. İcra başçısı həmçinin Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Qusar rayonunda da genişmiqyaslı infrastruktur layihələrinin icra edildiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən partiya veteranları Əliyulla Ağalarov, Maya Pirverdiyeva, Telman Kazımov və Nəzifə Qaflanova çıxış edərək Yeni Azərbaycan Partiyasının və YAP Qusar rayon təşkilatının yaradılması prosesinin canlı şahidləri kimi öz xatirələrini bölüşüblər.
Sonda partiya sıralarında uzun illər səmərəli fəaliyyəti ilə seçilən bir qrup veteran fəxri fərmanlarla təltif olunub. Eyni zamanda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41

