Dəm qazından qorunmaq üçün nələrə diqqət edək?
13.02.2026 [21:53]
Dəm qazı (karbonmonoksid – CO) məişətdə ən təhlükəli, lakin, eyni zamanda, diqqətdən ən çox yayınan risk mənbələrindən biridir. Belə ki, rəngsiz, qoxusuz və dadsız olduğu üçün insanın hiss orqanları ilə aşkarlanmaması onu xüsusilə təhlükəli edən əsas amillərdir. Yanma prosesinin pozulması nəticəsində yaranan dəm qazı qapalı və ya zəif havalandırılan məkanlarda sürətlə toplanaraq qısa müddətdə həyati təhlükə yaradır.
AZƏRTAC dəm qazının təhlükəsi və bu təhlükədən qorunmaq üçün bəzi məqamları oxucularına çatdırır.
Dəm qazı necə yaranır?
İlk olaraq qeyd etmək istərdik ki, oksigen çatışmazlığı olduqda təbii qaz tam yanmır və nəticədə zəhərli qaz yaranır. Bu səbəbdən qaz qurğuları quraşdırılan otaqlara daim təmiz hava daxil olmalıdır ki, oksigen tükənməsin və natamam yanma baş verməsin.
Müşahidələr göstərir ki, dəm qazından zəhərlənmə və boğulma halları daha çox məişətdə təhlükəsizlik qaydalarına əməl edilmədiyi zaman baş verir. Belə halların böyük hissəsi qapalı və ya zəif havalandırılan məkanlarda qeydə alınır. Xüsusilə hamam otaqlarında qazla işləyən su qızdırıcılarından istifadə edilərkən qapı və pəncərələrin bağlı saxlanılması ən çox rast gəlinən səbəblərdəndir. Bu zaman yanma üçün kifayət qədər oksigen olmur, nəticədə dəm qazı yaranır və sürətlə məkan daxilində toplanır.
Qazla işləyən su qızdırıcılarının vanna otaqlarında quraşdırılması yolverilməzdir
Yanma prosesində pozuntu riskini azaltmaq üçün qazla işləyən su qızdırıcıları mütləq standartlara uyğun olmalı və texniki tələblərə uyğun yerlərdə quraşdırılmalıdır. Bu, “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın tələblərində də yer alıb. Belə ki, normalara əsasən, qazla işləyən su qızdırıcılarının vanna otaqlarında quraşdırılması yolverilməzdir. Statistikaya görə, ötən il dəm qazından zəhərlənmə ilə bağlı hadisələrin 90 faizindən çoxu məhz vanna otaqlarında baş verib.
Dəm qazı riskini artıran əsas amillərdən biri də tüstü bacalarının standartlara uyğun quraşdırılmaması və vaxtında təmizlənməməsidir. Bacaların tutulması, normativ tələblərə uyğun quraşdırılmaması və ya ümumiyyətlə, mövcud olmaması yanma məhsullarının xaric edilməsinə maneə törədir. Bu halda tüstü və dəm qazı yenidən yaşayış sahəsinə qayıdır və həyat üçün real təhlükə yaranır.
Tüstü bacalarının ildə ən azı bir dəfə təmizlənməsi təmin olunmalıdır
Su qızdırıcısının tüstü bacasına birləşən borusu mütləq şəkildə metaldan olmalıdır. Tüstü bacası qaz qurğularında yaranan yanma məhsullarını təhlükəsiz şəkildə xaric etməli, bacada sovurma normal olmalı və onun çıxış hissəsi binanın damının yal hissəsindən minimum 50 santimetr hündürlükdə yerləşməlidir. Əgər bacada normal sovurma yoxdursa və ya baca düzgün quraşdırılmayıbsa, dəm qazının yaranması və yaşayış sahəsinə dolması qaçılmazdır. Tüstü bacaları ildə ən azı bir dəfə - iyul ayının 1-dək təmizlənməli və qış mövsümünə hazır vəziyyətə gətirilməlidir.
Qaz qurğusu quraşdırılan otaqlarda daimi hava mübadiləsi təmin edilməlidir. Otağa təmiz havanın daxil olması üçün nəfəslik və qapının aşağı hissəsində açıq məsafə və ya xüsusi dəliklər olmalıdır. Çirkli hava isə ventilyasiya vasitəsilə xaric edilməlidir.
İstehlakçılar qazla işləyən su qızdırıcılarına mütəmadi baxış keçirməlidirlər. Əgər cihazın ön və ya yan hissələrində qaralma (his izi) müşahidə olunarsa, bu, natamam yanmanın göstəricisidir. Belə olan halda, cihazdan istifadə dərhal dayandırılmalı və mütəxəssis tərəfindən yoxlanılmalı, zərurət olduqda dəyişdirilməlidir. Həmçinin qaz qurğusu quraşdırılan otaqlarda dəm qazını aşkar edən detektorların quraşdırılması tövsiyə olunur. Bu cihazlar təhlükəli konsentrasiyanı vaxtında müəyyən edərək həyati risklərin qarşısını ala bilir.
Dəm qazı gözlə görünməz və hiss olunmayan təhlükədir. Lakin normativ tələblərə əməl edilməsi, otaqların düzgün layihələndirilməsi, müntəzəm texniki baxış və havalandırmanın təmin edilməsi bu riski minimuma endirə bilər.
Unutmayaq ki, bir neçə sadə qaydaya əməl etmək həm özümüzün, həm də ailə üzvlərimizin həyatını xilas edə bilər. Təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmaq olmaz, çünki tələblərə əməl edilməməsi ağır və faciəvi nəticələrlə nəticələnə bilər. Təhlükəsizlik həyatımızın qarantıdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30

