Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib
08.03.2026 [15:27]
Qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2025-ci ildə daha 69,5 min qadın münasib işlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışına imkanlar yaradıb. Son bir ildə 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.
Aktiv məşğulluq proqramlarından biri də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilməsidir. Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb olunub və onlardan 11,8 min nəfərini qadınlar təşkil edib.
Son illərdə ölkəmizin əmək qanunvericiliyində qadın əməyi ilə bağlı aparılan təkmilləşdirmələr qadınların məşğulluq imkanlarının artırılmasına yönəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar nümunə kimi göstərilib. Həmçinin Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb və 35 pillə irəliləyərək, 190 ölkə arasında 104-cü pillədən 69-cu pilləyə yüksəlib.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

