Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələdə
13.03.2026 [13:24]
Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə davamlı şəkildə inkişaf edərək daha geniş məzmun qazanıb: “Bu əməkdaşlıq yalnız siyasi dialoq və iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda regional sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlik, enerji təchizatı, nəqliyyat-kommunikasiya layihələri və davamlı inkişaf kimi sahələri də əhatə edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe ölkəmizin həyata keçirdiyi müstəqil və praqmatik siyasətin nəticəsidir. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib, eyni zamanda beynəlxalq əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul olunur”.
Prezident İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və sonrakı bəyanatlar göstərdi ki, Azərbaycan Avropa üçün etibarlı və strateji tərəfdaş kimi qəbul olunur. Dövlət başçısı çıxışında vurğuladı ki, ölkəmiz uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və bu əməkdaşlıq qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf edir.
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı adlandırıb. O bildirib ki, ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir.
Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri isə enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair sənədin imzalanması bu əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olmuşdur. Bu sənəd Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da artırmış və ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşına çevirmişdir.
Bu baxımdan da cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu konkret faktlarla bir daha diqqətə çatdırmışdır: “...Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik…”.
Azərbaycanın qlobal enerji bazarında artan rolunu açıq şəkildə göstərir. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan qazı artıq Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu isə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ölkəmizin beynəlxalq mövqelərinin gücləndiyini göstərir.
Eyni zamanda Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və logistika layihələri regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.
Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və gələcəkdə daha da inkişaf edəcəyini nümayiş etdirir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və qarşılıqlı investisiyalar bu münasibətlərin strateji mahiyyətini müəyyən edən əsas amillər kimi çıxış edir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37

