Gürcüstanda bəzi sahələrlə bağlı yeni tənzimləmələr qüvvəyə minib
01.04.2026 [22:19]
Bu gündən etibarən Gürcüstanda yeni tənzimləmələr qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, ölkədə bu gündən etibarən elektrik enerjisi tarifləri həm Tbilisidə, həm də regionlarda 5 tetri bahalaşır. Bu dəyişiklik həm əhaliyə, həm də biznes sektoruna (məişət və qeyri-məişət tarifləri) şamil olunacaq. Kommersiya sektorunda isə tariflər təxminən 5-6 tetri artacaq.
Daha bir yenilik ölkədə plastik qablardan istifadə ilə bağlıdır. Belə ki, dövlət satınalmalarını həyata keçirən təşkilatlar üçün plastik stəkanların, konteynerlərin və 3 litrə qədər olan plastik qablarda (butulkalarda) içkilərin alınması qadağan ediləcək. Lakin bu qayda müdafiə qüvvələri və hərbçilərin ehtiyacları üçün edilən satınalmalara şamil olunmayacaq.
Bundan başqa, depozitlərin sığortalanması məbləği də artırılır. Belə ki, Depozitlərin Sığortalanması Sistemi çərçivəsində kompensasiya ediləcək maksimum məbləğ 50 min lariyə çatdırılır (əvvəlki hədd 30 min lari idi).
Həmçinin qoruqlara giriş də bahalaşır. Gürcüstanın mühafizə olunan ərazilərinə (qoruqlara) giriş biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3 lari ilə 20 lari arasında artacaq.
Həmçinin psixotrop dərmanların elektron resept qaydaları dəyişir. Dərmanların qeyri-məqsədyönlü istifadəsinin qarşısını almaq üçün nəzarət sərtləşdirilir. Yeni qaydalara əsasən, böyüklər üçün maksimum 14 günlük, azyaşlılar üçün isə 30 günlük ehtiyat miqdarında dərman yazıla bilər. Yeni resept yalnız xəstənin əlində 5 gündən çox olmayan ehtiyat qaldıqda yazıla bilər.
Bütün bunlarla yanaşı, Gürcüstan vətəndaşları ilə bağlı ABŞ vizası üçün yeni qayda qüvvəyə minir. Aprelin 2-dən etibarən ABŞ Dövlət Departamenti B1/B2 (turist/biznes) vizası üçün müraciət edən Gürcüstan vətəndaşlarından müsahibədən keçdikdən sonra 5-15 min dollar arası depozit ödəməyi tələb edə bilər. Ödəniş edilmədiyi təqdirdə viza verilməyəcək.
Yeni tənzimləmələr çərçivəsində sahibkarlıq subyektlərinin yenidən qeydiyyatı da nəzərdə tutulub. Yeni qaydalara müvafiq olaraq 2022-ci il yanvarın 1-dək qeydiyyatdan keçmiş müəssisələr (MMC, ASC, kooperativlər və s.) öz məlumatlarını yeni “Sahibkarlar haqqında” qanuna uyğunlaşdırmalıdırlar. Uyğunlaşdırma aparılmasa, qeydiyyat dayandırılacaq və bank xidmətlərinə çıxış məhdudlaşacaq.
Bundan başqa, yeni suvarma (irriqasiya) tarifləri də dəyişir. Sayğacı olan su istifadəçiləri üçün yeni tariflər müəyyən edilib. Belə ki, birillik bitkilər üçün hektara 116 lariyə qədər, çoxillik bitkilər üçün isə 102 lariyə qədər tarif tətbiq olunacaq. Lakin dövlət bu xərclərin bir hissəsini subsidiyalaşdıracaq.
Bu gündən tətbiq olunan qaydaların biri də köhnə avtomobillərin gömrük rüsmu ilə bağlıdır. Aprelin 2-dən ölkəyə gətirilən köhnə avtomobillərin gömrük rəsmiləşdirilməsi bahalaşır. Belə ki, istismar müddəti 6 ildən çox olan avtomobillər üçün aksiz dərəcəsi hər kub santimetr üçün 4,5 lari təşkil edəcək (0-6 yaş arası avtomobillər üçün bu rəqəm 1,5 laridir).
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

