YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib
01.04.2026 [16:31]
Aprelin 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstelin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə xalqlarımız arasında əlaqələrin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd olunaraq son illərdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sıx təmasların və milli maraqlara əsaslanan qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Fəal siyasi dialoq şəraitində iqtisadi, ticari, təhsil, turizm, mədəni, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu bildirilib.
ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv statusunda qəbul olunmasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müstəsna rolunun Şimali Kipr Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub. Türk dünyasında işbirliyinin dərinləşdirilməsinin böyük önəm daşıdığı bildirilərək Türk Dövlətləri Təşkilatının mürəkkəb qlobal problemlərlə xarakterizə edilən müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsinin mühüm strateji prioritet olduğu nəzərə çatdırılıb.
Görüş zamanı Türk dövlətlərinin hakim siyasi partiyaları arasında münasibətlərin genişləndirilməsinin də diqqət mərkəzində olduğu qeyd edilərək YAP-UBP əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumundan irəli gələn vəzifələrin indiyədək uğurla icra olunduğu bildirilərək müxtəlif sahələrdə, o cümlədən gənclər arasında təmasların sıxlaşdırılmasının vacibliyi vurğulanıb. 2022-ci ildən başlayaraq hər il iyunun 15-də YAP-ın təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən beynəlxalq konfransın dost və tərəfdaş ölkələrin siyasi partiyaları arasında münasibətlərin inkişafı xüsusunda önəmi qeyd olunub. Qarşılıqlı səfərlər çərçivəsində faydalı fikir və təcrübə mübadiləsinin önəmi diqqətə çatdırılaraq ortaq hədəflərin gerçəkləşdirilməsi istiqamətində bundan sonra da məqsədyönlü birgə fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb. Regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan hallara qarşı sistemli mübarizənin önəmi vurğulanaraq bütün məsələlərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmət olunmaqla beynəlxalq hüquq normaları əsasında və sülh şəraitində həllinin zəruriliyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

